Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Muğam Mərkəzində şair Səadət Butanın yaradıcılıq gecəsi keçirilib

Tarix: 05-10-2022 13:56     Baxış: 4269 A- / A+

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış şair Səadət Butanın 70 illik yubileyinə və 58 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş gecə keçirilib. Tədbir zamanı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşəbbüsü ilə Səadət Butanın kitabları və Güllü Eldar Tomarlının ev muzeyindən kəlağayılar nümayiş etdrilib.
Tədbirdə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin aparıcısı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı,  Səadət Buta haqqında məlumat verərək qeyd edib ki, tanınmış şair Səadət Buta yaradıcılığının Azərbaycan poeziyasında xüsusi yeri vadır.
Tədbirdə Səadət Butanın həyat və yaradıcılığına aid video-çarx nümayiş olunub. 
Azərbaycan poeziyasının inkişafında göstərdiyi uzunmüddətli səmərəli fəaliyyətinə görə, xüsusilə aşıq poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə tanınmış şair Səadət Buta "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif  edilib. Yubiley medalını "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli təqdim edib.
Tədbirdə Əməkdar artistlər Ağalar Bayramov, Nuriyyə Hüseynova, Rəhilə Bəndəliyeva, müğənni Aref Mehmandoost, aşıqlar Gözəl Kəlbəcərli, Telli Borçalı, Kəmalə Məhyəddinqızı, Aşıq Sevil Xıdırova, Rəfiqə Göyçəli, Aşıq Şaiq, Qabil Faxralı, Ramin Qarayev, şairlər Südabə İrəvanlı, Mərziyə Sarvan, Xətai rayon 59 nömrəli  orta məktəbin şagirdləri Mübariz İbrahimov, Əsmər Aslanlı özlərinin maraqlı  ifaları və çıxışları ilə Səadət Butanı təbrik ediblər.
Daha sonra Səadət Buta Azərbaycan poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən Fəxri diplomla təltif  edilib. 
Sonda Səadət Buta, yaradıcılığına göstərilən diqqətə görə bütün tamaşaçılara, saz-söz adamlarına öz dərin minnətdarlığını, təşəkkürünü  bildirib.




İlhamə MƏHƏMMƏDQIZI
Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar