Xəbər lenti
Müşfiq Məmmədli Vətən müharibəsi şəhidinin xatirə abidəsinin açılışında iştirak etdi - Şəkillər
Bu gün Hacı Zeynalabdin qəsəbəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Telman Nadir oğlu Abışovun xatirə abidəsinin açılış mərasimi keçirilib.Manevr.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, Sumqayıt məscidinin axundu Hacı Rauf Sərdarov, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Telman Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































