Xəbər lenti
Erməni deputat 88 milyona maşın alıb
Ermənistan parlamentinin deputatı, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan ötən il iki yeni avtomobil alıb.
Erməni deputatın aldığı "Mercedes-Benz G" modelinin 88 milyon dram, "Bentley Bentayga"-nın isə 186 min avro dəyəri var.
“Haykakan Jamanak”ın verdiyi xəbərə görə, bu haqda Ermənistanın yüksək vəzifəli rəsmilərinin etik komissiyası Qaqik Tsarukyanın 2016-cı il üzrə bəyannaməsinə əsasən məlumat yayıb. Bu avtomobillərdən başqa, Qaqik Tsarukyan ötən il 118 min avroya mebel, 251 min avroluq pərdə alıb.
O, 2016-cı ildə Ermənistan parlamentinin deputatı olduğu zaman 2.5 milyard dram gəlir əldə edib ki, bunun 4.4 milyon dramını maaşı təşkil edib. Qalan gəlirlər dividendlər, icarə haqları və digər mənbələrdən toplanıb.
Tsarukyuanın həyat yoldaşı Cavahir Tsarukyanın da kifayət qədər mülkü var. 2016-cı ildə 30 min ABŞ dollarına sırğa alan Cavahir, həmçinin 5 min dram miqdarında səhmlərə malikdir. Tsarukyanın həyat yoldaşının gəlirləri 18 milyon dram (icarə qarşılığında alınan haqlar), 121 min avro (digər gəlirlər) və 300 min ABŞ dolları (dividendlər) təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar