Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanı bu ölkələr silahlandırır - ARAŞDIRMA

Tarix: 30-09-2022 17:07     Baxış: 3260 A- / A+
44 günlük müharibədən dərs çıxarmayan Ermənistan hərbi xərclərini artıraraq, yeni silahlanmaya başlayıb. Erməni KİV-lərində yer alan məlumata görə, 2023-cü ildə ölkənin müdafiə xərcləri 1,3 milyard dollar təşkil edəcək. Bu isə onu göstərir ki, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Eyni zamanda, hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək

Bütün bunlar bir daha təsdiqləyir ki, ikinci Qarabağ müharibəsində biabırçı şəkildə məğlun olan Ermənistan yenidən silahlanmaqla vəziyyəti daha da gərginləşdirməyə və yeni müharibəyə hazırlaşır.
 
Sərhəddəki son təxribatlardan sonra Ermənistan tərəfi açıq şəkildə sülh istəmədiyini göstərir. Hətta son vaxtlar revanşist qüvvələrin aktivləşməsi və yeni müharibə anonslarının gündəmə gətirilməsi diqqətdən qaçmır.
 
Bu məqamda Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik ölkənin müharibəyə hazırlaşdığını rəsmi şəkildə bəyan edib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.
 
Maraqlıdır, ikinci Qarabağ müharibəsində ordusu və hərbi texnikaları darmadağın edilmiş Ermənistan nəyə arxalanır? İşğalçı ölkəni kimlər silahlandırır?
 
Manevr.az xəbər verir ki, modern.az saytı bu suallara cavab tapmaq üçün araşdırma aparıb.
 

Rusiya sıradan çıxmış silahları...
 
Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2019-cu il hesabatına əsasən, Ermənistan dünyanın ən hərbiləşdirilmiş ölkələri siyahısında müvafiq 3-cü yeri tutub. Bu ölkə müstəqilliyini bərpa etdikdən bəri onun silah-sursatının böyük əksəriyyətini Rusiya təmin edib. Belə ki, Ermənistana daha çox Rusiya istehsalı olan ikinci əl silahlar tədarük edilib.
 
Araşdırmalara görə, 2015-2019-cu illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın payına düşüb. Rusiya Ermənistanı silahla təchiz etməyə 1993-94-cü illərdə, Birinci Qarabağ müharibəsinin sonrakı mərhələsində başlayıb. İlk Rusiya təchizatına 349 ədəd raket və 945 ədəd tank əleyhinə raketi olan sistemləri daxil idi.   Rusiya, həmçinin 1994-1996-cı illərdə Ermənistana 84 ədəd T-72 tankı verib. Ümumilikdə, Rusiya 1992-1996-cı illərdə Ermənistana 1 milyard dollar dəyərində texnika ötürüb
Robert Köçəryanın prezidentliyi dövründə Ermənistan 2004-cü ildə Rusiyadan cəmi iki “İlyuşin İl-76” nəqliyyat təyyarəsi alıb. Rusiya Serj Sarkisyanın prezident vəzifəsinə keçməsindən bir il sonra, 2009-cu ildən başlayaraq, Ermənistana yenidən kütləvi şəkildə silah tədarük etməyə başlayıb. 2009-2010-cu illərdə Ermənistan iki S-300 SAM sistemi və 144 ədəd raket əldə edib. 2013-cü ildə Rusiya 200 yer-hava raketi və 2016-cı ildə daha 200 raket tədarük edib. 2016-cı ildə Ermənistan 25 raketdən ibarət dörd “İsgəndər” ballistik raket sistemi alıb ki, bu da İrəvanın bu günə qədər sahib olduğu ən güclü vasitədir. Elə həmin il Ermənistan altı "Smerç" reaktiv yaylım atəşi sistemi alıb.
 

 
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan daha müasir silahlara, o cümlədən 50 raketli iki SAM sisteminə və 2019-cu ilə qədər gətirilən dörd Su-30 qırıcı təyyarəsinə sahib olub. Bundan başqa Rusiya Ermənistana İkinci Qarabağ müharibəsi dövründə də yardım göstərib. Bununla bağlı kifayət qədər faktlar mövcuddur.
 
İrəvan Rusiyanı Çinə "satdı"
 
Ermənilərə ikinci ən çox silah satan ölkə Çindir. 1999-cu ildə Çin Ermənistana dörd ədəd reaktiv yaylım atəşi sistemi satıb. Bu da Ermənistanın ilk qeyri-rus silahı idi. Bu, həm də Çinin Cənubi Qafqaz ölkələrinə ilk silah satışı olub.
2013-cü ildə erməni hərbi mənbələri bildirib ki, Ermənistan Çindən AR1A reaktiv yaylım atəşi sistemi (MRL) alıb.  

Ermənistanın 2016-cı il aprel savaşından sonra Çinin hərbi texnikasına marağı daha da artıb. İrəvan Rusiyanın hərbi texnikasının əvəzinə Çin istehsalı məhsullara üstünlük verməyə başlayıb. Bəzi hərbi ekspertlər Çinin hərbi texnikasının daha ucuz və keyfiyyətli olduğunu iddia edirdilər. Ermənistanın Çinin hərbi texnikasına üstünlük verməsi, bu mövzuda Pekinlə danışıqları dərinləşdirməsi Moskvanın ciddi narazılığına səbəb olmuşdu.

Parisdən "kiçik bacı"ya dəstək...

 
Ermənistanı silahlandırmağa çalışanlardan biri də Fransadır. Rəsmi Paris humanitar yardım bəhanəsi ilə bu ölkəyə qanunsuz olaraq silah və sursat idxal etməkdədir. Həmin məqsədlər üçün mülki aviasiya təyyarələri aktiv şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsi kobud şəkildə pozulur.  
 
Məsələn, 2020-ci ilin oktyabrın 11-də gecə saatlarında F-GKXY qeyd nömrəli airbus A320-214 yük təyyarəsi Paris Charles de Gaulle hava limanından İrəvana üz tutub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistanın paytaxtına çatıb. Həmin reyslə "humanitar yardım" adı altında işğalçı ölkəyə silah daşınması həyata keçirilib.
 

Bundan əlavə, qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa (eləcə də Böyük Britaniya) istehsalı olan "PGM Mini-Hecate" ilə "Arctic Warfare.338 LM" snayper tüfənglərdən istifadə etməsini əks etdirən foto və məlumatlar mövcuddur. Adları çəkilən ölkələr snayper tüfənglərin Ermənistana hansı məqsədlərlə verilməsini mümkün qədər gizli saxlamağa çalışır.
 

Hindistanın erməni sifəti...
 
Ermənistanı silahlandıran ölkələr sırasında Hindistan da özünəməxsus yer tutur.
 
Xarici KİV-lərdə tirajlanan məlumatlara əsasən, bu ildən etibarən Hindistan Ermənistana müasir raketlər və tank əleyhinə silahlar satacaq. Bu barədə Hindistan Müdafiə Nazirliyi erməni tərəfi ilə müqavilə imzalayıb.
 
Ermənistana satılacaq silahların ümumi qiyməti təxminən 270 milyon dollar dəyərindədir.  
 
Hindistanın Ermənistana satacağı “Pinaka” raketləri 40 kilometr uçuş məsafəsinə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir. Bu raket sisteminin yüksək effektivliyi Kəşmirin dağlıq bölgələrində Pakistana qarşı aparılan müharibədə istifadə edilib. 
 
Yuxarıda adları çəkilən ölkələrlə yanaşı, Ermənistanı silahlandıran başqa havadarları da var.


Xatırladaq ki, 2004-cü ildə Ermənistan Slovakiyadan 8 milyon dollara 10 ədəd ikinci əl Su-25 təyyarəsi, bundan başqa həmin il Ukraynadan iki, 2010-2011-ci illərdə isə daha dörd ədəd L-39C Albatros təlim təyyarəsi alıb.
 
Belarus 2007-ci ildə Ermənistana on ədəd D-30 yedəkli haubitsa verib. 2010-cu ildə Ermənistan Monteneqrodan 16 ədəd D-30 haubitsa satın alıb. Daha sonra 2011-ci ildə Moldova hökuməti İrəvana hərbi texnika, o cümlədən Sovet istehsalı olan tank əleyhinə raketlər, döyüş sursatları və onlarla BM-27 Uraqan MRL-ləri satdığını təsdiqləyib. 2012-ci ildə İrəvanda keçirilən hərbi sərgidə Almaniya və Fransanın birgə istehsalı olan tank əleyhinə raketlərin peyda olması bu ölkələrin də Ermənistanı silahlandırdığını deməyə əsas verir.
 
Əlbəttə, siyahı bununla yekunlaşmır. Belə ki, Ermənistan 2012-ci ildə Yunanıstandan tank əleyhinə raketlər alıb. Bu raketlər 2013-cü ildə tədarük edilib və Ermənistan ordusunun istifadəsinə verilib.
 
Ermənistanın əsas dəstəkçiləri arasında qonşu İranı da qeydə edə bilərik. Xüsusilə 44 günlük Qarabağ müharibəsində İrandan Ermənistana TIR-larla silah daşınmasına dair xeyli faktlar var. Bununla belə, rəsmi Tehran Ermənistana silah göndərilməsi barədə xəbərləri təkzib etməyə çalışıb, lakin ortaya bunu təsdiqləyəcək fakt qoya bilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar