Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

Tarix: 26-09-2022 12:39     Baxış: 4257 A- / A+

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.

Manevr.az
-ın məlumatına görə, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli "report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər xiyabanları və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar:

"Bildiyiniz kimi, hər il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq!
Vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur.

Xahiş edilir ki, ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkətin tənzimləmək üçün lazımi tədbirləri görəcək”.

"Bir daha xahiş edirik ki, şəxsi avtomobillərə üstünlük verməyin. Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlama imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar