Xəbər lenti
Millət vəkili Aqil Məmmədov şəhid ailələrini ziyarət edib - ŞƏKİLLƏR
Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və Qaraçinar kəndində müvəqqəti məskunlaşmış, əslən Kəlbəcər rayonunun Qasımlı ve Yellicə kənd sakinləri olan şəhid ailələrini ziyarət edib.
Şəhid ailələri ilə görüşdə Aqil Məmmədovla birgə rayon ziyalıları, rayonun məsul əməkdaşları,ağsaqqalları iştirak edib.
Manevr.az xəbər verir ki, Millət vəkili ilk öncə sentyabrın 12-13-ü Ermənisatan silahlı qüvvələri tərəfindən sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş Kəlbəcər rayon Qasımlı kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, leytenant Şirinov Ömər Muğan oğlunun və ikinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Orucov Nemət Əkbər oğlunun ailə üzvləri ilə birgə məzarlarını ziyarət edib.
Məzarlar üzərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxuyublar.
Sonra şəhid Ömər Şirinovun hüzr mərasimində iştirak edən millət vəkili, Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlardan silinməyəcəyinə əminliyini ifadə edib.
Növbəti görüş rayonun Qaraçinar kəndində yaşayan şəhid Nemət Orucovun ailə üzvləri ilə olub. Millət vəkili hər iki şəhidin ailəsində olarkən dövlət strukturları tərəfindən onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Aqil Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar