Xəbər lenti
“Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları” mövzusunda tədbir keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş “Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları” mövzusunda tədbir keçirilib.
Qeyd edək ki, tədbir iştirakçıları əvvəlcə Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib.
YAP Sumqayıt şəhər təşkilatında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Manevr.az bildirir ki, tədbirdə çıxış edən Milli Məclisin üzvü Müşfiq Məmmədli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində işğala son qoyulduğunu, torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşadığını qeyd edib: "Biz məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir”, deyə M.Məmmədli vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar