Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat İnstitutunda Pakistanlı ziyalılarla görüş olub

Tarix: 23-09-2022 21:25     Baxış: 4356 A- / A+

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  Pakistan Muslim İnstitutunun direktoru, Cunaqadh əyalətinin naziri, professor Sahibzadə Sultan Ahmed Ali və İnstitutun London təmsilçisi Kaşif Xanla görüş olub. Qonaqlar öncə Ədəbiyyat İnstitutunun nəzdindəki “Pakistan Ədəbiyyat Mərkəzi”ni ziyarət ediblər. Görüşdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov və şöbənin digər əməkdaşları da iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Pakistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində uğurla inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki,“siz də bu əlaqələrin möhkəmlənməsində çox yaxından iştirak edirsiniz. Sizin keçən səfərinizdə İmadəddin Nəsimi ilə bağlı konfrans keçirmişdik”. Akademik İsa Həbibbəyli əlavə edib ki, “Azərbaycanın bütün dünya ölkələri ilə geniş əlaqələri vardır. Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası isə xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin Prezidenti cənab İlham Əliyev də həm Türkiyə ilə, həm də Pakistanla əlaqələrimizin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Pakistanın bayrağı Azərbaycanın şəhərlərində, kəndlərində, hər yerdə ucalır. Qarabağ müharibəsində isə biz Pakistan dövlətinin və xalqının böyük dəstəyini əbədi minnətdarlıqla qarşılayırıq. Azərbaycan da Pakistanı Kəşmir məsələsində birmənalı olaraq dəstəkləyir. Yayda Pakistanlı alimlər qonağımız oldular. Onlar Nizami Gəncəvinin məzarını ziyarət etdilər. Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşkla danışdıq ki, Azərbaycan xalqının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposu Pakistanda urdu dilində nəşr edilsin. Bu kitabın bir təqdimatını da sizin nazir olduğunuz əyalətdə keçirərik”. Sonra Muslim İnstitutunun direktoru, Cunaqadh əyalətinin naziri, professor Sahibzadə Sultan Ahmed Ali çıxış edərək görüş üçün təşəkkürünü bildirib.  Vurğulayıb ki, “bizim dostluğumuzu yaradan cənab Heydər Əliyevi xatırlamaq yerinə düşər. Prezident İlham Əliyevin sayəsində dostluğumuz daha da möhkəmlənib. Biz Pakistan ərazisində yaşayıb-yaradan azərbaycanlılara həsr olunmuş bir ensiklopediya yarada bilərik. Mənim bu səfərimdə əsas məqsədim odur ki, Pakistanda Nizami Gəncəvinin azərbaycanlılara məxsus oluğunu göstərim. Bu səbəbdən də Gəncəyə də səfər edəcəm. Dörd günlük Şuşaya səfərim də olacaq”. Görüşdə qonaqlar Azərbaycan-Pakistan əlaqələrini əks etdirən video-çarx nümayiş etdiriblər.


Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi







 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar