Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər başladı - Foto

Tarix: 14-04-2017 11:35     Baxış: 4304 A- / A+
Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər başladı

Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.

Reydlərə paytaxtın Yasamal rayonu ərazisində, "20 Yanvar" metro stansiyasının qarşısından başlanıb.

Araşdırmalar zamanı Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobusları aşkarlanıb. Məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır.

Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və sair faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, tədbirlər xüsusilə Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarına qarşı keçirilir:

“Şəhərlərarası yollarda sərnişin daşımaları yalnız avtovağzaldan avtovağzala olmalıdır. Amma buna əməl edilmir. Üstəlik, marşrutlara əlavə oturacaqlar qoyulur, avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Elə avtomobillər var ki, şinlərinin protektorları yoxdur. Halbuki, avtobuslarda bu, 2 mm-dən az olmamalıdır”.

Onun sözlərinə görə, keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilib:

“Tədbirlər davam etdiriləcək. Dayanacaqlardan kənarda sərnişin mindirib-düşürmə hallarına da qarşı mübarizə aparılacaq. Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs və ya şirkətlər nəqliyyat vasitələrinin texniki parametrlərini sərnişindaşıma sisteminə uyğun təşkil etməlidir. Səhər tezdən avtomobillərin texniki vəziyyətinə nəzarət olunmalıdır, sürücülər tibbi müayinədən keçməlidir”.

K. Əliyev fərqlənmə nişanının yalnız texniki cəhətdən saz vəziyyətdə olan, konstruksiyasında heç bir dəyişiklik edilməyən, avtovağzaldan avtovağzala işləyən avtomobillərə verildiyini deyib.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar