Xəbər lenti
Əvəz Zeynallı kimdən nə qədər pul alıb? - Rəsmi
Xural Yayınları Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Tapdıq oğlu Zeynalov, Səda TV MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Zakir oğlu Şükürov və Elçin Əli oğlu Sadıqovun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, aparılmış istintaqla bir sıra media subyektlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında maddi nemət müqabilində ayrı-ayrı şəxslərin xeyrinə hərəkət edilməsi məqsədilə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə edərək müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib:
"Belə ki, vəzifəli şəxs olan Xural Yayınları Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan Səda TV MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və sonuncunun tanışı Teymur Sabir oğlu Rəhimov qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gələrək Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının Xural TV internet kanalının təsir imkanlarından istifadə edərək təşkili müqabilində 11.070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynalov və Elnur Şükürov sonuncunun tanışı Vəliyev Telman Hüseyn oğlunun Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7000 manat alaraq Xural TV internet kanalının təsir imkanlarından istifadə etməklə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib tikintinin aparılmasına icazə verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Əvvəllər xəbər verildiyi kimi, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50.000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaqla Elnur Şükürovun qeyd edilən əməli də Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu və Şükürov Elnur Zakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilmiş, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib".
Məlumatda bildirilib ki, təqsirləndirilən şəxslərin digər qanunsuz əməllərinin ifşa edilməsi, habelə bu kimi əməllərdə iştirak etmiş digər media subyektləri və nümayəndələri, habelə başqa şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar