Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ən böyük ümid ümidsizlik üzərində qələbədir”-Mikayıl Cabbarova təbrik

Tarix: 19-09-2022 16:09     Baxış: 3269 A- / A+

Nadir İsrafilov


“Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”.

Mikayil Cabbarov
 
Bu gün 2013-cü ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərdiyi 4 il ərzində müəllimlərin Diaqnostik Qiymətləndirilməsi; təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə, məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması; ilk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin təşəbbüsü ilə “Maarifçi" Tələbə Kredit Fondunun yaradılmasıBirinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi; Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması; şagird və tələbələrin könüllülük proqramlarına qoşulması və digər bu kimi yeniliklərə imza atan, kifayət qədər vacib addımlar atıb, qərarlar qəbul edib və dəyişikliklər həyata keçirən  Mikayıl Cabbarovun doğum günü olmasını biləndə istər-istəməz xəyalımda bəzi xatirələr canlandı.
 
Yeri gəlmişkən onu da deyim ki, Mikayıl Cabbarovun təhsilimizə ən böyük töhfələrindən biri də təhsildə dövlət siyasətinin əsas prinsiplərindən olan humanistlik, demokratiklik, aşkarlıq, şəffaflıq kimi prinsiplərə sadiq qalaraq, təhsil sahəsində uzun illər çalışmış, tanınmış və təcrübəli mütəxəssisləri bir araya gətirərək “Təhsil eksperti” institutunu formalaşdırması, onlarla mütamadi dinləmələr və məsləhətləşmələr aparması olub.
 
Sözüm heç də onda deyil.  Hələ o vaxtlar, daha dəqiq desəm 2015-ci ildə yazılarımın birində etiraf etmişdim ki, çoxdan idi qürur hissi keçirmirdim. Bəlkə də, bu elə öz təbiətimdən irəli gələn bir haldır. Son dəfə xeyli əvvəllərə təsadüf edən və elə indinin özündə də tez-tez nümayiş etdirilən “Nu poqodi” cizgi filmində Qəmbər Hüseynlinin “Cücələrim” melodiyasının səsləndirilməsi ilə bağlı epizoda baxarkən hisslərimə sahib ola bilməmisdim. Qürrələnməkdən hətta özümdən asılı olmayaraq gözlərim yaşarmışdı. O qədər təsirlənmışdım ki, həyacanımdan udquna belə bilmirdim. Bütün, nəhayətsiz və qüdrətli bir ölkənin - Sovetlər birliyinin talismanına çevrilən bir populyar serialda Azərbaycan bəstəkarının möhtəşəm melodiyası səslənirdi. Bu Azərbaycan adlı bir məmləkətin böyük və tarixə düşəcək uğuru idi.
 
SSRI Maarif naziri Prokofyevin və Sovet təhsilinin digər nəhəng simalarının Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsi zamanı, iclas zalına daxil olarkən, o zamankı Maarif nazirimiz akademik Mehdi Mehdizadəyə necə sayğı göstərdikləri, hamılıqla bir kənara çəkilib, ona necə yol verdikləri isə heç yadımdan çıxmır. Bu müdhiş bir mənzərəni öz gözlərinlə görmədən, yaxından müşahidə etmədən insanın necə qürur hissi keçirməyini təssəvvür etmək mümkün deyildi. Sözün həqiqi mənasında özünün də azərbaycanlı olmağınla fəxr etməyə bilmirdin.
 
Təhsilimizin durumu ilə bağlı problemlərə heç bir zaman biganə qalmamışam. Onun uğurlarına sevinmış, uğursuzluqlarının səbəb-nəticə əlaqələrinə imkanım daxilində münasibət bildirmışəm. Səmimi etiraf edim ki, fəxarət hissi keçirməyə, bir növ ümidlənməyə əsas verən səbəblərdən biri də Təhsil nazirimiz Mikayıl Cabbarovun YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin nə dərəcədə əhəmiyyət kəsb etdiyini, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdıran “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ fikrinin YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılmasıdır.
 
Düzdür, fəxr etmək, qürur hissı keçirməklə bağlı kifayət qədər səbəb və nəticələrimiz var. İqtisadi göstəricilərimiz, infrastruktur lahiyələrimiz, beynəlxalq yarışlarda idmançılarımızın nailiyyətləri , mədəniyyət və incəsənət sahəsindəki uğurlarımız bunu deməyə hər cür əsas verir. Bununla belə istərdik ki, elm və təhsil sahəsidəki göstəricilərimiz də bu uğurlar və nailiyyətlər sırasında olsun, təhsil ictimaiyyətinə və bütövlükdə cəmiyyətə mesaj sayıla biləcək “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ ideyası təhsil kursumuzun devizinə çevrilsin.
 
Ümid edək ki, Azərbaycanlı nazirin “Tvitter” səhifəsində paylaşıldığı aforizmə bərabər fikri “söz xatirinə deyilən söz” olaraq qalmayacaq, beynəlxalq səviyyədə qaldrılan ideyanın reallaşması istiqamətində yeni mərhələnın başlanğıcına müəyyən stimul yaradacaq. Hər halda, Jorj Bernanosun təbirincə desək ən böyük ümid ümidsizlik üzərində qələbədir.
 
Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Biz Zəfərin övladlarıyıq” adlı tədbirə 50-ə yaxın şəhid övladının qatılması  və digər təşəbbüslər təhsil siyasətimizdə uşaqlara nə dərəcədə önəm verilməsinin bariz nümunəsidir. Bu kimi tədbirlər davamlı və dayanıqlı olmalıdır, xüsusilə bu sevinc və kədər yaşadığımız günlərdə...
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar