"Kiyev hakimiyyəti elan edib ki, aktiv əks-hücum əməliyyatına başlayıblar və həyata keçirirlər. Baxaq, görək, bu, necə inkişaf edir, necə başa çatır", - deyə Putinin sözlərinə görə, Moskva Ukraynada tələsmir və Rusiyanın məqsədləri dəyişməz olaraq qalır.
"Son vaxtlar Rusiya silahlı qüvvələri bir-iki dəqiq zərbələr endirib. Bunlar xəbərdarlıqdır. Əgər vəziyyət belə davam edərsə, cavab daha ciddi olacaq", - Rusiya liderinin xəbərdarlıq mesajında qeyd olunub.
Putinin təhdidlərinə rəğmən, bəzi ekspertlər Rusiyanın Ukrayna savaşında məqsədinə çatmadığını, bu gedişlə yüz illərdir məğlub olmayan Rusiyanın parçalanacağını proqnozlaşdırır.
Bəs, Rusiyanın parçalanma versiyası nə qədər real görünür?

Manevr.az-ın xəbəeinə görə, bu barədə Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, əslində Ukrayna meydanda tək deyil. Yəni Rusiya təkcə Ukrayna ilə yox, bütün dünya ilə müharibə aparır. Onun sözlərinə görə, öz maraqları uğrunda Ukraynada müharibə yaradan qüvvələr Rusiyanı asanlıqla tələyə sala biliblər:
“Rusiya vəziyyət belə davam edəcəyi təqdirdə yaxın vaxtlarda Ukrayna ilə müqavilə bağlamağa çalışacaq. Ancaq Prezident Volodimir Zelenski təkidlə rusların ələ keçirdiyi bütün ərazilərdən çıxmasını tələb edir. Məsələ burasındadır ki, Rusiya həmin ərazilərdən çıxası olacaqdısa, ora daxil olmazdı. Aydındır ki, Rusiya geri çəkilməyəcək”.
Politoloq hesab edir ki, Rusiya Ukrayna müharibəsində məğlub olsa, bu ölkə dağılacaq:
“Rusiya ordusu Ukraynaya çox arxayın şəkildə daxil oldu. Qısa müddət ərzində uğur qazanacağını düşünürdü. Ancaq 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, Rusiya istəyinə nail ola bilməyib. Ukrayna ordusu 10-dan çox yaşayış məntəqəsini azad edib. Belə şəraitdə Rusiya Ərdoğana daha çox yaxınlaşmağa, onun köməyi ilə sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışacaq. Ancaq Ukraynanın belə bir addım atacağına inanmıram. Ukrayna birmənalı olaraq ABŞ və Avropanın Rusiyanı məhv etmək üçün ən gözəl yemidir. Onlar da bu yemdən əl çəkməyəcək. Putin nə qədər çalışsa da, Rusiyada dövlət çevrilişi olacaq. Ya da Putini öldürəcəklər. Çünki hakimiyyət daxilində çox ciddi qaraşıdurmalar var. Rusiya bataqlıqdan xilas ola bilməyəcək. O, mütləq batmalıdır. Müharibənin uduzan tərəfi mütləq Rusiya olacaq”.

Politoloqun fikrincə, Ukrayna müharibəsində ən çox qazancı ABŞ əldə edib: