Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Abbasovun oğlu vəzifəsindən AZAD EDİLDİ - ŞƏKİL

Tarix: 17-09-2022 15:06     Baxış: 4273 A- / A+
Əli Abbasovun oğlu vəzifəsindən AZAD EDİLDİ - FOTO 
Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsindən (DGK) kənarlaşdırılıb.
 
Manevr.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov müvafiq əmrlə vəzifəsindən azad edilib.
 
Məlumata görə, Eldar Abbasov son bir neçə ayda gömrükdə keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslərin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
 
Məsələ ilə bağlı sayt Dövlət Gömrük Komitəsinə müraciət edib, lakin sorğuya cavab verilməyib. 
 
Qeyd edək ki, ötən ay Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilov Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Generalın qardaşı oğlu, gömrük inspektoru Emin Xəlilov 30 mart 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Baş Gömrük İdarəsində keçirilən əməliyyat zamanı saxlanılaraq həbs edilib.
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar