Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: “Ermənistanın apardığı iki başlı oyunu havadarlarını qıcıqlandırır”

Tarix: 17-09-2022 11:24     Baxış: 3281 A- / A+
                             Aqil Məmmədov
                      Milli Məclisin deputatı

“44 günlük Vətən müharibəsindən keçən iki il müddətində Azərbaycan və Ermənistan rəhbərləri arasında dəfələrlə görüşlər keçirilib. Hər dəfə də görüş zamanı müəyyən razılıqlar əldə olunur, amma, Ermənistan bu razılaşmaları, həmçinin, üçtərəfli bəyanatın müddəlarıı icra etmir. Davamlı təxribatlar törədir. Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən təxribat da təsadüfi deyildi. Və bu, əvvəlkilərdən daha ciddi hazırlanmış bir təxribat idi. Bu dəfə Ermənistan hansısa mövqe üstünlükləri əldə etmək üzərində hazırlığını qurmuşdu. Ona görə də, bir istiqamətdən deyil, demək olar ki, sərhəd boyu hücum təşkil etmişdi”.
Bu fikirlərin müəllifi, Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir, maraqlı dövlətlərin maşasına çevrilib və onların diqtəsi ilə hərəkət edir: “Eyni zamanda,  Ermənistanikibaşlı oyun oynayır. Həm, Rusiya ilə müttəfiqlik elmək istəyir, həm Avropa dövlətləri ilə. Lakin bu iki başlı oyun Ermənistanın havadarlarını qıcıqlandırır”.
Millət vəkilinin sözlərinə görə Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı: “İki il əvvəl olduğu kimi Ermənistan rəhbərliyi beynəlxalq vasitəçilərin iştirakı ilə aparılmış danışıqlarda və ikitərəfli müzakirələrdə üzərinə götürdüyü öhdəlikləri, əldə olunmuş razılaşmaları yerinə yetirməkdən imtina etmək üçün hərbi təxribata əl atdı. Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya əl atdı. Ermənistan rəhbərliyi Azərbaycanın sülh gündəliyinə müharibə gündəliyi cavab verməyi qərara almışdı. Paşinyan Vladivostokda təxminən bunun işarətlərini vermişdi. Ermənistanın dırnaqarası sülh formulunun məzmunu məhz 12 sentyabr hadisələri zamanı açıldı, Ermənistan yenə müharibəni seçdi”.
A.Məmmədov bildirib ki, Azərbaycanın bu təxribata qətiyyətli cavabı Ermənistanı yenidən sülh gündəliyinə qayıtmağa məcbur etməlidir: “Azərbaycan sərhəd boyu bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanla son bir ildə aparılan danışıqların təcrübəsi göstərir ki, İrəvanı sülh gündəliyinə sadiq qalmağa məcbur etmək üçün məhz hərbi güc tətbiq olunmalıdır. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir. Ermənistanın təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər".
A.Məmmədov qeyd edib ki, son günlər yaşanmış hərbi insident təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu baxımdan, güc amili öz aktuallığını qoruyub saxlayır: “Bu il Prezident cənab İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdi ki, “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Son günlər yaşanan hadisəılər də göstərdi ki, cənab Prezidentin hərbi quruculuq istiqamətində atdığı davamlı siyasəti davam etdirlməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar