Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə generalla bağlı qərar verdi

Tarix: 15-09-2022 12:02     Baxış: 4237 A- / A+

"Tərtər işi" ilə bağlı həbs olunan general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.


Manevr.az apa-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə qüvvədə olan qərarın dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qənaətinə gəlib.
Qərara əsasən, şikayət rədd olunaraq, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, "Tərtər işi" ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxlanılıb.

Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar