Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyana gətirilən müəmmalı mesaj - “Bundan sonra geri addım atdı"

Tarix: 15-09-2022 10:22     Baxış: 4250 A- / A+

“Paşinyanın Qərbin açıq dəstəyi və təhrikilə Azərbaycan və Rusiya ilə razılaşmanı pozması, sülhdən yayınması onu yenidən Rusiya-Türkiyə-Azərbaycan üçlüsünün təzyiqlərinə məruz qoyacaq”.
Manevr.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şükürlü deyib.
Ekspert Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Gözləntilərimiz özünü doğrultdu: Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sabah Özbəkistanda keçiriləcək sammitinə qatılmaqdan imtina etdi.
Beləliklə, sentyabrın 12-13-də sərhədlərimizdəki erməni təxribatlarının məhz bu sammit ərəfəsində planlaşdırılan Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünü və bu görüşdə əldə edilə biləcək razılaşmanı pozmaq məqsədilə elə Paşinyan komandasının özü tərəfindən təşkil edildiyi aydın olur.


Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı ən ciddi anti-Qərb blokudur. Bu blokun sammitində Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünün təşkili və üstəlik də, bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hər hansı sənədin imzalanması 10 noyabr sənədinə daha geniş auditoriyada legitimlik qazandırmaqla, Cənubi Qafqaza təsir imkanlarını itirməməyə çalışan ABŞ və Avropa İttifaqının mövqelərinə də zərbə olacaqdı.
İndi aydın olur ki, Putinlə Vladivostokda danışan Paşinyan ŞƏT sammitində iştiraka və dördlü görüşün keçirilməsinə razılıq versə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin gətirdiyi mesajdan, verdiyi vədlərdən sonra Putinlə razılaşmanı pozmaq məcburiyyətində qalıb və çıxış yolu kimi, Azərbaycanla sərhədlərimizdə təxribat törətməyə əl atıb”.
Elxan Şükürlü qeyd edib ki, Paşinyanın Qərbin açıq dəstəyi və təhrikilə Azərbaycan və Rusiya ilə razılaşmanı pozması, sülhdən yayınması onu yenidən Rusiya-Türkiyə-Azərbaycan üçlüsünün təzyiqlərinə məruz qoyacaq:
“Ehtimal ki, Qərb Paşinyanı qorumaq üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm də Azərbaycandakı şəbəkəsini hərəkətə gətirməklə hərbi əməlliyyatları davam etdirməyimizin qarşısını almağa çalışacaq”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar