Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: “Sülh olmasa, region dövlətləri də Ermənistana təzyiq edəcək”

Tarix: 14-09-2022 21:13     Baxış: 3251 A- / A+
“Sülh sazişi, sərhədlərin müəyyənləşməsi ilə əlaqədar aparılan danışıqlara baxmayaraq, Ermənistan hər dəfə öz təxribatlarından əl çəkmir. Ardıcıl olaraq, sərhəddə, müvəqqəti məskunlaşdıqları ərazilərimizdə təxribatlar törədirlər. Sentyabrın 13-də baş verən sonuncu təxribatları isə genişmiqyaslı oldu”.
 
Manevr.az
xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib. O qeyd edib ki, Azərbaycan xalqı və ordusu qonşusunun kim olduğunu unutmur:
 
“Ordumuz tərəfindən Ermənistanın layiqli cavabı verilir. Ermənistan rəhbərliyi sərbəst siyasət yürüdə bilmir, başqa dövlətlərdən asılıdır. Onlar öz xislətlərinə uyğun olaraq sülhə razılaşmış kimi özünü göstərib, sabahı gün təxribatlara əl atırlar. Sülh sazişini, delimitasiya və demarkasiya prosesini uzatmaq istəyirlər. Bölgədə guya münaqişənin bitmədiyini göstərmək, bəzi ölkələrin diqqətini bura cəlb etmək məqsədi ilə təxribatlara əl atırlar. Başqa formatda məsələni həll edə biləcəklərinə ümidləri var. Azərbaycan isə həmişə vurğulayıb ki, münaqişə həllini tapıb, ATƏT-in Minsk qrupu sıradan çıxıb. Ermənistan tərəfi bu istiqamətdə qərəzli mövqeyindən əl çəkmir. Müəyyən qüvvələr var ki, Paşinyanın yürütdüyü siyasətin əksinə gedirlər. Qarabağın “status” məsələsinə yenidən baxılmasını istəyirlər. Sülh tərəfdarı deyillər. Buna baxmayaraq, bütün dünya Azərbaycanın haqq səsini dəstəkləyir. Ermənistanın çıxış yolu yoxdur”.


Aqil Məmmədov vurğulayıb ki, ermənilər Azərbaycan Ordusunun müqaviməti ilə qarşılaşdıqda məğlubiyyətdən qaça bilmirlər:
 
“Ermənistanın yeganə yolu Azərbaycanın diktə etdiyi razılaşmaları qəbul etməkdir. Bu dövlət təxribatlarından əl çəkməsə Zəngəzur dəhlizinin açılmasında maraqlı olan digər region dövlətləri də gec-tez öz təzyiqini göstərəcək. Orta Asiyanı, Avropaya birləşdirən dəhliz bir çox dövlətin marağındadır.
 
Prezident İlham Əliyev hər dəfə çıxışlarında Ermənistana həddini bildirib. Düşünürəm ki, bu, Ermənistana son xəbərdarlıq olmalıdır. Yenə təxribatlara əl atsalar, vəziyyət başqa məcrada cərəyan edə bilər.
 
Ermənistanın Kəlbəcəri hər dəfə hədəf alması buranın əlverişli bölgə olması ilə əlaqədardır. Çünki Qarabağa Göyçə mahalından ən qısa yol Kəlbəcərdəndir. Kəlbəcərin yeraltı, yerüstü sərvətlərlə zənginliyi də erməniləri qıcıqlandırır. Ermənistan bütün cəhdlərinə baxmayaraq, heç nəyə nail ola bilməyəcək. Allah şəhidlərimizə rəhmət eləsin, Vətənimizi qoruyan ordumuza yar olsun”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar