Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə iclas başladı

Tarix: 13-04-2017 10:37     Baxış: 5407 A- / A+
Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə iclas başladı


Bu gün Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası başlayıb.

Manevr.az xəbər veri ki, Xarici İşlər Nazirliyinin Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.

Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak edir.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Eyni zamanda, Birgə Komissiya tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılması və təsdiq edilməsi nəzərdə tutulur.

Birgə Komissiyanın iclası 17 aprel 2017-ci il tarixinə qədər davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar