Xəbər lenti
"Bu sərəncam, böyük qayıdışın müjdəsidir” - Aqil Məmmədov

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Kəlbəcər şəhərində məktəb tikintisi haqqında Sərəncamının rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandığını bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcər rayonunda da həyati əhəmiyyətli infrastruktur işləri həyata keçirilir. Bu sırada, məktəb tikintisi haqqında sərəncam verilməsi, artıq böyük qayıdış üçün yeni mərhələyə başlanmasından xəbər verir: “Hazırda, Kəlbəcər rayonu ərazisində bir sıra sosial obyektlər, davamlı enerji təminatı, yol və sairə, sahəsində intensiv işlər həyata keçirilir. Cənab Prezidentin Kəlbəcər şəhərində məktəb tikintisi haqqında sərəncamı isə artıq, qayıdışın gözləniləndən daha tez müddətdə baş verəcəyini göstərir. Məktəb tikilirsə, demək, çox da uzaq olmayan zamanda, o məktəbdə uşaqlar oxuyacaq, müəllimlər dərs verəcək. Bu baxımdan, demək olar ki, Kəlbəcərdə sosial həyatla yanaşı, təhsil həyatının da yenidən başlayacağı vaxt uzaqda deyil. Bu sərəncam, böyük qayıdışın müjdəçisidir”.
Millət vəkili bildirib ki, Kəlbəcərdə tikiləcək məktəbdə işləmək istəyən müəllimlər çoxdur: “Biz onlarla görüşlərdə bu arzuları eşidirik. Bu gün bölgədə aparılan sürətli işlər deməyə əsas verir ki, müəllimlərimizin arzuları da daha tez gerçəkləşəcək. Çünki, bu arzuları gerçəyə çevirən ölkə başçısının iradəsi və qəbul olunmuş proqramlar var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar