Xəbər lenti
İslam sivilizasiyası mediada
Manevr.az-ın verdiyi xəbərə görə, bu gün İsmayıllı rayon Peşə Tədris Mərkəzində “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “İslam sivilizasiyasının mediada təbliği” mövzusunda tədbir keçirilib. Peşə Tədris Mərkəzinin tələbə-müəllim kollektivinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə Şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyəti aparatının rəsmisi Murad Məhərrəmov mövzunun aktuallığından, bu sahədə müasir gənclərin qarşısında duran vəzifədən danışıb.
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynadığını diqqətə çatdırıb.
“Jurnalist Araşdırmalar mərkəzinin” sədri Seymur Vəlizadə layihənin məqsədini izah edərək, Milli dini dəyərlərimizin üstünlüyünü əsaslı faktlarla göstərib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
Daha sonra çıxış edən "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Səbinə Novruzova xalqımızın dini-mənəvi dəyərlərə, adət-ənənələrə marağının artmasında medianın müstəsna rolu olduğunu bildirib.
İsmayıllı xəbərləri qəzetinin əməkdaşı Elnarə Qasımova, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” ictimai birliyinin sədri Şirinbəyim Atayeva və başqa çıxış edənlər bir sıra hallarda KİV-də din ilə mövhumatın, imanla xurafatın qarışdırıldığını, məzhəblər və təriqətlərarası münasibətlərə yersiz müdaxilə edildiyini bildiriblər. Dini mövzuda daha çox yazılar verilməsini təklif edilib.
Elnarə Günəş
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar