Xəbər lenti
Deputat Müşfiq Məmmədli Çin iş adamları ilə görüşüb - Şəkillər

Milli Məclisin deputatı Müşfiq Məmmədli Çin iş adamları, həmçinin, "Tovuz Baltiya" LTD şirkətinin nümayəndələri ilə görüşüb.
Manevr.az bildirir ki, millət vəkili gələn qonaqları salamlayıb, iki ölkə arasında mədəni, ictimai-siyasi əlaqələrin inkişafından bəhs edib. Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov siyasi münasibətlərdən söz açaraq Azərbaycan Çin respublikaları arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. "Tovuz Baltiya" LTD şirkətinin rəsmisi Günel Məmmədhəsənova görüş üçün təşəkkür edərək, ölkə rəhbəri cənab İlham Əliyevin 2022-ci ili ixrac ili elan etməsini qeyd edib. Özəl şirkətlər üçün istər iqtisadi inkişaf istərsə də ixrac baxımından əlaqələrin yaradılmasını yüksək qiymətləndirib. Daha sonra Çin iş adamları təkliflərlə çıxış ediblər.
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar