Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünən temperatur iqlim normasından 4.6 dərəcə aşağı olub

Tarix: 07-09-2022 11:14     Baxış: 3312 A- / A+
Dünən temperatur iqlim normasından 4.6 dərəcə aşağı olub“Əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən keçməsi havanın temperaturunun xeyli enməsi ilə yanaşı, intensiv leysan yağışlarına səbəb olub. Hətta bəzi bölgələrdə cəmi iki gündə yağıntının aylıq norması təmin edilib”.
Manevr.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, ən çox düşən yağıntının miqdarı Lənkəranda 80 mm (aylıq normanın 136 faizi), Astarada 59 mm (aylıq normanın 117 faizi), Şəkidə 62 mm (aylıq normanın 74 faizi), Zaqatalada 49 mm (aylıq normanın 42 faizi), Qaxda 46 mm (aylıq normanın 55 faizi), Oğuzda 45 mm (aylıq normanın 33 faizi), Balakəndə 42 mm (aylıq normanın 36 faizi), Qəbələdə 33 mm (aylıq normanın 28 faizi), Yardımlıda 29 mm (aylıq normanın 23 faizi) qeydə alınıb.
“Sentyabrın 6-sı saat 21:15 radələrində Gədəbəy rayonu ərazisinə diametri 12 mm olan dolu düşüb. Havanın temperaturu iqlim normasından 4.6 dərəcə aşağı olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək”, - deyə o əlavə edib.
Xidmət rəisinin sözlərinə görə, oxşar proses son 10 ildə 2016-cı ilin sentyabrın birinci ongünlüyündə qeydə alınıb.
U.Tağıyeva onu da qeyd edib ki, ayrı-ayrı bölgələr üzrə gündəlik, həftəlik hava proqnozları, həmçinin gözlənilən, faktiki hava şəraiti ilə bağlı daha ətraflı məlumatları  meteo.az saytından əldə edə bilərsiniz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar