Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan qardaşının ittihamlarına REAKSİYA

Tarix: 06-09-2022 21:16     Baxış: 3315 A- / A+
Deputatdan qardaşının ittihamlarına REAKSİYAMilli Məclisin deputatı Vüqar Bayramov ABŞ-da yaşayan qardaşı Qubad İbadoğlunun Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərimizlə bağlı apardığı siyasəti tənqid etməsinə cavab verib.

Vüqar Bayramov  bildirib ki, Qarabağın bərpa və yenidən qurulması sistemli şəkildə, eyni zamanda intensiv formada həyata keçirilir.

"Nəzərə alsaq ki, Azərbaycan Qarabağı yalnız öz daxili mənbələri hesabına qurur və praktik olaraq xaricdən heç bir yardım almır. Bu gün uzunmüddət işğal altında qalmış və demək olar ki, tamamilə dağıdılmış torpaqlarımız yenidən bərpa olunur, yalnız 2021 və 2022-ci illərdə dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün 4 milyard 800 milyon manata yaxın vəsait ayrılıb. Bu, təbii ki, ondan xəbər verir ki, bu istiqamətdə ayrılan vəsaitlərdə əsas məqsəd Qarabağın və Şərqi Zəngəzurun daha tez qurulması və məskunlaşma prosesinin daha intensiv həyata keçirilməsi ilə bağlıdır. Təbii ki, məskunlaşma prosesi ağıllı şəkildə, eyni zamanda vətəndaşlarımızın təhlükəsizliyi qorunmaqla həyata keçirilməlidir. Nəzərə alsaq ki, Vətən müharibəsindən sonra 232 vətəndaşımız mina qurbanı olub, onlardan 40-ı dünyasını dəyişib. İlkin qiymətləndirmələrə görə, yalnız Füzuli rayonunda 80 minə yaxın mina basdırılıb".

Deputat əlavə edib ki, o baxımdan mina təmizləmə prosesi, bərpa və yenidən qurma işlərinə uyğun olaraq məskunlaşma ilə bağlı aydın, bəlli planlar var:

"Artıq Zəngilanda ilkin məskunlaşma həyata keçirildi və Füzuli şəhərinin bərpası prosesi də gündəmdədir. Bu baxımdan bu gün Qarabağ və Şırqi Zəngəzurun qurulması, məcburi köçkünlərimizin daha tez məskunlaşması ilə həyata keçirilən fəaliyyətlər sistemlidir. Təbii ki, burada vətəndaşlarımızın təhlükəsizliyini qorunması çox vacibdir, ona görə də, birmənalı şəkildə vətəndaşlarımızın təhlükəsizliyi qorunmaqla, məskunlaşma siyasəti həyata keçirilir və keçiriləcək. Ümumiyyətlə, həyata keçirilən siyasət məskunlaşmanın daha effektli, daha intensiv və daha təhlükəsiz formada həyata keçirilməsini özündə ehtiva edir. Ona görə də, düşünürəm ki, bu istiqamətdə birmənalı şəkildə dövlətin həyata keçirdiyi siyasət vətəndaşlarımızın maraqlarına və onların təhlükəsizliyinin qorunmasına xidmət edir. Əminəm ki, məskunlaşma prosesi məhz Cənab Prezidentin siyasi iradəsindən reallaşan infrastruktur layihələri və proqramlar çərçivəsində gözləndiyindən daha qısa müddətdə həyata keçiriləcək. Təbii ki, çox qısa zamanda ölkə rəhbəri, Cənab Prezidentin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək". demokrat.az

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar