Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan bu ölkələrə QADAĞA

Tarix: 06-09-2022 15:14     Baxış: 3295 A- / A+
Azərbaycandan bu ölkələrə QADAĞA
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Cənubi Afrika Respublikasının Mpumalanqa əyalətində dabaq, Hindistanın Himaçal-Pradeş, Dehli, Çhattisqarh və Orissa ştatlarında nodulyar dermatit, İspaniya Krallığının Estremadura muxtar icmasında, Portuqaliyanın Evora dairəsində və Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Mpumalanqa əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Hindistanın Himaçal-Pradeş, Dehli, Çhattisqarh və Orissa ştatlarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən İspaniya Krallığının Estremadura muxtar icmasından, Portuqaliyanın Evora dairəsindən və Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Cənubi Afrika Respublikasından, Hindistandan, İspaniya Krallığından, Portuqaliyadan və Amerika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar