Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Avropa-Rusiya qarşıdurması iqtisadi böhran ehtimalını artırır" – Millət vəkili

Tarix: 06-09-2022 13:34     Baxış: 3244 A- / A+




"Avropa-Rusiya qarşıdurması dünya iqtisadiyyatında yeni və daha ağır iqtisadi böhran ehtimalını yaradır".

Manevr.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov Avropada yaranan enerji böhranını şərh edərkən bildirib. 

V.Bayramov xatırladıb ki, Rusiya "Şimal Axını 1" kəməri vasitəsi ilə Avropaya qaz nəqlini dayandırdı. “Rəsmi Moskvanın qaz təchizatının bərpası üçün irəli sürdüyü şərt Qərbin sanksiyaları ləğv etməsidir”, - deyən millət vəkili Rusiyaya qarşı 8-ci paket sanksiyaların müzakirə edildiyi bir zamanda Brüsselin Moskvanın bu şərti ilə razılaşacağına inanmır.
 
Onun sözlərinə görə, bu vəziyyət avropalılar üçün ciddi çətinliklər yaradacaq: “Bu isə o anlama gəlir ki, artıq Avropanın kiçik şəhərlərində deyil, eləcə də paytaxtlarında da soyuq qışa hazırlıq gedir. 

Avropa İttifaqını gözləyən tutqun payız və buzlu qış fəsilləri qədim qitə üçün həm də iqtisadi təsirlər ilə müşahidə olunur. Avro tədavül tarixində dollar nisbətən ən ucuz məzənnə ilə təklif olunur. Avropa İttifaqında inflyasiya dərəcəsi avqust ayında 9.1 faizə yüksəlib. Bir ay öncə ittifaq ölkələrində orta qiymət artımları səviyyəsi 8.9 % idi. Ötən il isə bu rəqəm cəmi 2.2 % idi. 

Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Hətta bu göstəricinin də Avropa üçün “sonuncu dayanacaq” olmayacağını düşünənlər az deyil. İttifaq dövlətlərində illik orta iqtisadi artımın daha az olacağı gözlənilir”.
V.Bayramov yeni vəziyyətdən Avropa ilə yanaşı Rusiyanın da əziyyət çəkəcəyini və nəticədə daha böyük iqtisadi böhan riskinin yaranacağını qeyd etdi:
“Təbii ki, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir.

Göründüyü kimi, hər iki tərəf “va-bank” gedişlərə üstünlük verir. Bu isə dünya iqtisadiyyatında yeni və daha ağır iqtisadi böhran ehtimalını yaradır”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar