Xəbər lenti
"Mədəni İnkişafın Təbliği" İctimai Birliyi “Ürəyimdə sözüm var" adlı şeir müsabiqəsi keçirəcək

Birlikdən Manevr.az-a verilən məlumata görə, layihənin əsas məqsədi Sumqayıt şəhərində şagirdlərin asudə vaxtının səmərəli təşkili, qiraətlərinin formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun artırılmasıdır. Eyni zamanda, həmin şeirlərin bir kitabda toplanması, hər hansı bir oxucunun bu mövzuda şeir axtaranda birbaşa bir kitabdan şeirləri əldə etməsi də layihənin əsas məqsədlərindəndir.
Layihənin icrası ilə bağlı ilkin hazırlıq işləri görülmüş, peşəkar işçi heyəti seçilmiş, tədbirlər planı hazırlanmışdır.
Layihə çərçivəsində şeir müsabiqəsinin keçirilməsi ilə bağlı elan veriləcək, iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər diplomla təltif olunacaq. Müsabiqənin nəticəsi olaraq, şeir almanaxı çap olunub kitabxanalara paylanılacaq.
Layihənin müddəti 2 ay olmaqla, 1 sentyabr 2022-ci il tarixdən icra olunması və noyabrın 1-dək yekunlaşdırılması nəzərdə tutulur.
"Mədəni İnkişafın Təbliği" İctimai birliyinin
mətbuat xidmətinin məlumatı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar