Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: Ümummilli Liderin iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Tarix: 02-09-2022 18:28     Baxış: 3287 A- / A+

Aqil Məmmədov, Milli Məclisin deputatı 

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı illərin əvvəlində Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dövlətçiliyimizin və Azərbaycan xalqının tarixində önəmli yer tutur.
Hər zaman fəaliyyətində milli ideyalara sədaqət nümayiş etdirən, xalqa yaxın olan Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Ümummilli Liderin iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Manevr.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Deputat 1991-ci il 3 sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən Heydər Əliyevin milli dövlətçiliyə yeni nəfəs gətirdiyini vurğulayıb: "Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlət müstəqilliyi yolunda addımlarının əsasını qoydu. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə yol açdı. Bu qədim diyarın xilası və dirçəlişi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".
A.Məmmədov bildirib ki, Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bircsözlə, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Onun xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
"Azərbaycanın Dövlət Bayrağının təsdiq edilməsi ilə bağlı tarixi qərarın da müəllifi məhz Ümummilli Liderimizdir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.
Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.
Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar reallaşdırıldı, blokada şəraitində olan Naxçıvanının inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Ümumiyyətlə, Ulu Öndər siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla qədim diyarın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi. Ömrünü xalqa xidmətə və dövlətçiliyimizin qorunmasına həsr edən Ulu Öndər Heydər Əliyevin xoş xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır", - deyə Aqil Məmmədov bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar