Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Eldar Mahmudovun Nardarandakı villası qarşısında AKSİYA - DİN açıqlama yaydı

Tarix: 02-09-2022 12:33     Baxış: 4257 A- / A+
Eldar Mahmudovun Nardarandakı villası qarşısında AKSİYA  - DİN açıqlama yaydı
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.
 
Manevr.az
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Etirazçılar vaxtilə MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər. Onlara vurulan ziyanın ödənilməsini tələb ediblər. Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.
 
Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər. Onlar iddia ediblər ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.
 
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, aksiya dinc şəraitdə keçib: “Aksiya zamanı heç bir insident yaşanmayıb, saxlanılan olmayıb”.
Qeyd edək ki, etirazçılar Bakı Hərbi Məhkəməsində araşdırılan və “MTN işi” kimi tanınan cinayət işində zərərçəkmiş şəxslərdir. Hazırda uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi gedir.
 
Onlar vəzifədə olduğu müddətdə 14,3 milyon manat rüşvət almaqda, hədə-qorxu ilə 5 milyon manatı ələ keçirməkdə ittiham edilir.(qafqazinfo)

Manevr.az
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar