Bu ilin may ayında mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədovanın AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindəki işindən çıxarılması ilə bağlı xəbər vermişdik.
Rəhbərliyin ona qərəzli münasibət göstərdiyini iddia edən S.Məmmədova bununla bağlı AMEA-nı məhkəməyə verib.
Bu barədə vəkil Ülviyyə Mirzəliyeva məlumat verib.
Vəkilin sözlərinə görə, işə bərpa ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət olunub. Artıq iyul ayının 16-da hakim Şahin Abdullayevin sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçirilib: “Hazırlıq iclasında məhkəmə işi sentyabrın 22-nə baxışa təyin olunub. 2019-cu ildən başlayaraq, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru Nailə Vəlixanlının əmri ilə S.Məmmədovanın bir neçə dəfə vəzifəsi dəyişdirilib. Sonuncu dəfə isə 2022-ci il mayın 13-də attestasiyanın nəticələrində uyğunsuzluğa görə işdən çıxarılıb. Bir il ərzində bir neçə dəfə mövqe dəyişdirilməsi, attestasiya keçirilməsi qərəzlidir.
Xəbər lenti
Elçibəyin qardaşı qızı AMEA-nı məhkəməyə verdi
Həmçinin onun vəzifəsinin dəyişdirilməsi müddətində ölkədə karantin rejimi olub. Bu zaman ölkədə düzgün iş rejimi də yox idi. O təzə vəzifəsinə keçirilmişdisə, həmin vəzifədə işi öyrənməli idi. Qanunda da deyilir ki, ən azı bir il olmalıdır ki, attestasiya keçirilsin. Yeni vəzifədə olduğu vaxt da baxmayaraq ki, bir ildən çox idi, iş günlərini hesablasaq, karantin qərarlarına baxsaq, görərik ki, tam iş günü olmayıb. Ona görə hesab edirik, S.Məmmədovanın işdən çıxarılması qərəzlidir”.
Qeyd edək ki, S.Məmmədova muzeyin Baş direktoru Nailə Vəlixanlının onu alçaltdığını, vəzifəsini azaltdığını, ona verilən premiyaları kəsdiyini bildirmişdi. N.Vəlixanlı isə şikayətin əsassız olduğunu, sözügedən işçinin Attestasiya Komissiyasının qərarı ilə qanuni şəkildə işdən çıxarıldığını söyləmişdi. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar