Xəbər lenti 
					
 
		Metroda gedişhaqqı artmayıb - RƏSMİ

“Bakı metrosunda gediş haqqının qaldırması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.
Manevr.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a bildirib.
N.Paşayev qeyd edib ki, metronun “Koroğlu” stansiyasında gediş haqqının 30 qəpik olması və bundan dolayı sərnişinlərlə polis arasında hər hansı insidentin yaşanması yalandır:
"Əgər hər hansı insident yaşanarsa bunun açıqlaması olar. Gediş haqqına gəlincə isə bu gizlədiləsi bir şey deyil. Gediş haqqının qaldırılması ilə bağlı qərar veriləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün KİV-də yayılan məlumatlarda metronun “Koroğlu” stansiyasında sərnişinlərin kartından gediş üçün 30 qəpik silindiyinə dair informasiyalar yer alıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















