Xəbər lenti
Həbsdə olan Saakaşvili ilə bağlı yeni gəlişmə - “Cavab ABŞ-dan gələcək”

Bu barədə jurnalistlərə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib.
Saakaşvili uzun sürən aclıq aksiyasının səhhətində yaratdığı problemlərə görə Tiflisdəki “Vivamed” klinikasında müalicə alır. Bundan əvvəl ailə üzvləri həkimlərin ona 17-yə yaxın müxtəlif diaqnoz qoyduğunu bildirmişdilər.
“Ekspertizanın birinci hissəsi tamamlanıb, ikinci hissəsi bir neçə saat ərzində həyata keçiriləcək. Cavab ABŞ-dan gələcək. Yekun rəy üçün üç-dörd gün vaxt lazımdır”, - vəkil deyib.
Onun sözlərinə görə, ekspertiza iki əsas suala cavab verməlidir: Saakaşvili ağır xəstədirmi və bu, onun cəzasını çəkməsinə mane olurmu. Xaçapuridze əlavə edib ki, Saakaşviliyə BMT mütəxəssisləri də baş çəkəcək.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinciyə görə Saakaşvili üç il, ikinciyə görə isə altı il müddətinə azadlıqdan məhrum edilib. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar