Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu deputatlar BDU-dakı işlərindən uzaqlaşdırıldı - SİYAHI

Tarix: 26-08-2022 09:21     Baxış: 4460 A- / A+

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev adı müəllim kimi işdə gedən deputatları və yüksək vəzifəli şəxsləri bu təhsil ocağından xaric edib.
Manevr.az xəbər verir ki, bu barədə gununsesi.info məlumat yayıb.

Bildirilir ki, BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və bir sıra vəzifə sahiblərinin adı var.
Məsələ ilə bağlı BDU-dan "qafqazinfo"ya daxil olan məlumatda deyilir:

"Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir. Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar