Xəbər lenti
Müşfiq Məmmədli ən yüksək bal toplayan sumqayıtlı tələbə ilə görüşdü - Şəkillər

Bu gün deputat Müşfiq Məmədli təmsil etdiyi 44 saylı Sumqayıt - Xızı seçki dairəsi ərazisində yaşayan və ali məktəbə imtahan zamanı ən yüksək bal toplayan Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Dünyamalıyeva Nuray Elnur qızı ilə görüşüb.
Manevr.az xəbər verir ki, millət vəkilinin bildirdiynə görə, tələbə adı qazanan Nuray 687 bal toplayıb və Azərbaycan Tibb Universitetinin ingilis dilində müalicə işi fakültəsini seçim edib. Gələcək təhsilində Nuraya uğurlar arzulayan deputat, onun gələcəyin yüksək səviyyəli həkimlər sırasına adını yazdırmağı bacaracağına ümid etdiyini qeyd edib.
Deputat N.Dünyamalıyevanın timsalında tələbə adı qazanmış bütün gənclərimizi təbrik edib.
Görüşdə həmçinin, Abşeron Xızı regional təhsil idarəsinin əməkdaşı Cəmilə Fəyyaz və iş adamı Fuad bəy iştirak edib. M.Məmmədli tələbəyə göstərdikləri diqqət və qayğıya görə onlara dərin təşəkkürünü bildirib.
Manevr.az










Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar