Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentə müraciət edən ermənilərə vətəndaşlıq veriləcəkmi?

Tarix: 09-08-2022 13:16     Baxış: 3253 A- / A+

Prezidentə müraciət edən ermənilərə vətəndaşlıq veriləcəkmi?
Son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır.
Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar.
Qambaryan müraciətində Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu bildirib: “Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”.
Bəs, ermənilərə Azərbaycan vətəndaşlığı veriləcəkmi? 
Bu barədə modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, belə müraciətlər özlüyündə müsbət haldır. Lakin indiki durumda vətəndaşlıq üçün müraciət edən ermənilərin kimliyi ciddi araşdırılmalıdır.
Deputatın sözlərinə görə, qalib ölkə olduğumuzdan etnik mənsubiyyətindən asılı olmayaraq, bir çox şəxslər Azərbaycan vətəndaşı olmaq niyyətinə düşə bilər:
Məsələ burasındadır ki, söhbət ermənilərdən gedirsə, burada xüsusi yanaşma tətbiq edilməlidir. Yəni münaqişəyə qədər Azərbaycanda daimi yaşamaqla bağlı qeydiyyatı olan ermənilər müraciət edirlərsə, bu ayrıca kateqoriya kimi qiymətləndirilməlidir. Buna münasibət təbii ki, fərqli ola bilər. Ancaq ümumiyyətlə, Azərbaycanla heç bir əlaqəsi olmayan, heç bir hüquqi bağlantısı olmayan erməni əsilli insanların Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciətlərinə isə tamamilə fərqli mövqedən yanaşmaq olar.
Bütün hallarda düşünürəm ki, Qarabağ münaqişəsinə qədər, yəni sovet dövründə Azərbaycan vətəndaşı hesab edilənlərin müraciətinə baxıla bilər. Çünki Azərbaycan bəyan edib ki, Qarabağdakı ermənilərdən bizim qanunlarımızı qəbul edən və cinayət törətməmiş şəxslərin Azərbaycan vətəndaşlığını qəbul etməsi məsələsinə baxıla bilər”. 
Milli Məclis üzvü qalib ölkənin vətəndaşı olmaq üçün edilən müraciətlər müsbət qiymətləndirilməlidir:
“Bütövlükdə qalib ölkənin vətəndaşı olmaq istəyənlərin bu cür münasibətlərini müsbət qiymətləndirirəm. Ancaq bu çağırışların hüquqi nəticə ilə yekunlaşması yuxarıda sadaladığımız kriteriyalar əsasında mümkün ola bilər. Ümumilikdə, kiminsə Azərbaycan vətəndaşı olmasına gəldikdə isə bu, Azərbaycan qanunlarına görə dövlət başçısının səlahiyyətində olan məsələdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar