Xəbər lenti
"Türk Dünyası İnfo" İB-nin bəyanatı
Azərbaycanın Londondakı səfirliyinə erməni terrorçu-təxribatçıların əlbir olduğu dini-radikal dəstənin hücumu və müqəddəs üçrəngli bayrağımızın təhqir olunması milli maraqlarımıza, milli qürurumuza, vətənçilik, dövlətçilik, vətəndaşlıq hisslərimizə toxunan hadisədir.
"Türk Dünyası İnfo" İctimai Birliyi adından Azərbaycana və ümumən Türk Dünyasına qarşı erməni lobbisinin, erməni terror təşkilatlarının, habelə islamazidd-məzhəbçi qruplaşmaların türk birliyi hərəkatını, ərazi bütövlüyümüzün bərpasını, xalqımızın həmrəyliyini hədəfə almasını qətiyyətlə qınayırıq. Düşmən ünsürlərin mənfur niyyətlərinə qarşı barışmaz və mübariz olduğumuzu bəyan edirik. Beynəlxalq aləmi, o cümlədən Böyük Britaniya hökumətini isidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq.
BMT-nin Diplomatik Münasibətlər və İmmunitetlər haqqında Vyana Konvensiyasına əsasən, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. Bu mənada, Londonda Azərbaycana düşmən qüvvələrin səfirliyimizin binasında törətdiyi olaylara görə Britaniya hökuməti məsuliyyətlidir.
Görünür, Qarabağda 44 günlük tarixi zəfərimiz, eləcə də Azərbaycanın artan nüfuzu, başarılı “Qisas” anti-terror əməliyyatları erməni yandaşlarını çox pərişan edib. Bu barədə beynəlxalq mediada gündəmdə olan informasiyalar və uyğun neqativ proseslər belə qənaətə gəlməyə əsas verir. Bununla belə, ümidvarıq ki, rəsmi London ölkəmozin milli mənafeyinə, beynəlxalq imicinə qarşı törədilən hadisəni obyektiv şəkildə dəyərləndirəcək.
"Bir kərə yüksələn bayraq bir daha enməz!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar