Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: "Ermənistanın başqa yolu yoxdur - Tələblər icra olunmalıdır"

Tarix: 04-08-2022 22:36     Baxış: 4298 A- / A+


Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Baş verənlərə münasibət bildirən Milli Məclisin deputatı Aqil Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistana üçtərəfli bəyanatın icrası ilə bağlı xəbərdarlıq edib: “Cənab Prezident İlham Əliyev Kəlbəcərə sonuncu səfəri zamanı açıq şəkildə bəyan etdi ki, “dəmir yumruq” yerindədir və lazım olan istənilən vaxtda işə düşə bilər. Görünür, Ermənistan rəhbərliyi və Qarabağdakı separatçı dəstələr bu xəbərdarlıqdan dərs çıxarmamışdılar. Çünki, hələ də Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalır, həm də təhlükə mənbəyi olaraq qalır. Üçtərəfli razılaşmaya əsas rus sülhməramlılarının yerləşməsi ilə parallel olaraq erməni silahlı qüvvələri əraziləri tərk etməli idi. Amma, Ermənistan məğlub tərəf kimi bu öhdəliyi nəinki yerinə yetirib, üstəlik, Qarabağda yeni mövqelər əldə etməyə çalışır. Bu isə göründüyü kimi cavabsız qalmadı, separatçıların cavabı layiqli şəkildə verildi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın tələbləri konkretdir və üçtərəfli bəyanatın tələbləri ilə eynidir: Bu tələblərə içərisində erməni silahlı qüvvələrininin suveren Azərbaycan ərazilərindən tamamilə çıxarılması, Laçın yoluna alternativ çəkilmiş yolun istifadəsi ilə bağlı işlərin həyata keçirilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin tezliklə açılması məsələləri daxildir. Bunların hər birinin altında Ermənistan baş nazirinin imzası var. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Bu, artıq siyasi bəyanat deyil, hərbi nazirliyin açıq və icra ediləcək bir mövqedir. Bundan sonra da həmçinin, bütün təxribatlara qətiyyətli şəkildə cavab veriləcək. Ermənistan rəhbərliyi üçün ən optimal yol imza atdığı bəyanatın müddəalarının icrasını tezləşdirməkdir. Bunun alternativi  yoxdur”, deyə deputat vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar