Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Göyçə-Zəngəzur Türk Cümhuriyyətinin Mətbuat və İnformasiya naziri istefa verdi - Məlumat

Tarix: 03-08-2022 16:30     Baxış: 31 113 A- / A+
Bu gün Göyçə-Zəngəzur Respublikasının prezidenti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov bir neçə sərəncamlar imzalamışdır. 
İmzalanmış sərəncamlara əsasən Moskva şəhərində yaşayan GZR Mətbuat və İnformasiya naziri Eldəniz Teymurovun və XÖTD işlər üzrə Dövlət Komitəsi sədrinin müavini İlqar Əhmədovun istefa xahişləri qəbul olunaraq hər iki şəxs tutduqları vəzifələrdən azad olunmuşdur. Eyni zamanda GZR prezidentinin Diaspor, Multikulturalizm və Mətbuatla işlər üzrə köməkçisi Ogün Olpars, həm də Mətbuat və İnformasiya naziri vəzifəsinə təyin olunmuşdur. Digər sərəncamla isə QAQB Ali Məşvərət Şurasının 03 avqust 2022-ci il tarixində qəbul etdiyi Bəyannaməsi imzalanaraq təsdiq olunmuşdur. Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyi Ali Məşvərət Şurasının Bəyannaməsi Qərbi Azərbaycandakı, indiki Ermənistan Respublikası ərazisindəki tarixi yurdlarında əsrlər boyu kompakt yaşamış, SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-1991- ci illərdə Ermənistan hakimiyyəti tərəfindən zorakılıqla deportasiyaya məruz qoyulmuş, qeyri-rəsmi hesablamalara görə bu günkü sayları milyonları keçmiş azərbaycanlı əhalinin pozulmuş hüquqlarının bərpa olunmasına və indiki Ermənistandakı tarixi yurdlarına geri Qayıdışlarına nail olmaq üçün mücadilə verən təşkilatın 200 (iki yüz) nəfərə yaxın üzvləri olan Ali Məşvərət Şurası olaraq bəyan edirik: 1918- ci ildə qurulmuş dünya dövlətləri tərəfindən müstəqil dövlət olaraq 114 min kv.km. ərazisi ilə tanınmış Azərbaycan Xalq Cumhuriyyətinin sərhədləri daxilində olmuş, 1920- ildə AXC dövləti sovet Rusiyası tərəfindən süquta uğradılaraq işğal edildikdən sonra yerli əhalisinin 80-85%-inin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, onların münasibəti nəzərə alınmadan, Beynəlxalq hüquqa zidd olaraq 1920-1930-cu illər ərzində Ermənistan Sovet Respublikasına verilmiş Göyçə, Qaraqoyunlu, Dərələyəz, Zəngi, Vedibasar, Zəngəzur və digər mahallarımızın sərhədləri daxilində Göyçə-Zəngəzur Respublikasının yaradıldığını 10 mart 2021- ci il tarixli Bəyannaməmizlə elan etmişik. Bu GÖYÇƏ – ZƏNGƏZUR RESPUBLİKASI və QƏRBİ AZƏRBAYCANA (Ermənistana) QAYIDIŞ BİRLİYİ Bəyannaməmizin bəndlərinə uyğun olaraq dövlət quruculuğu istiqamətində bir çox vacib işlər görülmüşdür. Bu günkü reallıqlara uyğun olaraq Göyçə-Zəngəzur Respublikası dövlətinin yaradılmasında yeganə legitim hüquqi sənəd olan QAQB Ali Məşvərət Şurası tərəfindən 10 mart 2021- ci ildə qəbul olunmuş Bəyannamənin bəzi bəndlərində düzəliş və əlavələr edilməsinə çox böyük zərurət yaranmışdır. Ona görə də həmin Bəyannamənin bəndlərinə aşağıdakı düzəlişlərin və əlavələrin edilməsi qərara alınmışdır. 1. Göyçə-Zəngəzur Respublikası dövlətinin adı dəyişdirilərək Göyçə-Zəngəzur Türk Cumhuriyyəti (GZTC) adlandırılsın. 2. Göyçə-Zəngəzur Türk Cumhuriyyəti prezident (cumhurbaşqanlığı) üsul-idarəli, dünyəvi, demokratik, multikultural dəyərlərə sahib hüquqi dövlətdir. 3. Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin dövlət sərhədləri prezident (cumhurbaşqanı) Rizvan Talıbovun 20 avqust 2021-ci il tarixində imzaladığı 01 saylı sərəncamına uyğun olaraq Göyçə, Qaraqoyunlu, Dərələyəz, Zəngi, Vedibasar, Zəngəzur mahallarının sərhədlərini əhatə edir. 4. Göyçə-Zəngəzur Türk Cumhuriyyəti Milli Məclisinin (parlamentinin) say tərkibi azaldılaraq 75 (yetmiş beş) nəfər deputatdan 45 (qırx beş) nəfər deputat sayına endirilir. GZTC Milli Məclisinin (parlamentinin) deputatları bu Bəyannamənin hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmaqla 5 (beş) ildən bir keçiriləcək praporsional seçki sistemi ilə baş tutacaq azad, demokratik seçkilər yolu ilə müəyyənləşəcəkdir. 5. QAQB Ali Məşvərət Şurası üzvlərinin əksəriyyətinin lehinə səs verməsi ilə Talıbov Rizvan Rəşid oğlu Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin prezidenti (cumhurbaşqanı) seçilmiş və bu vəzifəyə təsdiq edilmişdir. Növbəti GZTC-nin prezidenti (cunhurbaşqanı) 6 (altı) ildən bir keçirləcək azad, demokratik seçkilər yolu ilə müəyyənləşdiriləcəkdir. 6. GZTC-nin prezidenti (cumhurbaşqanı) hər hansı bir səbəbdən vəzifəsini icra edə bilməsə, növbəti prezident seçilənə qədər onun vəzifə səlahiyyətləri vitse-prezidentə (eşcumhurbaşqanına) keçir. Oda icra edə bilməsə Baş nazirə keçir, oda icra edə bilməsə Milli Məclisin sədrinə (spikerinə) oda icra edə bilməsə nazirlərdən (bakanlardan) birinə keçir. Vitse-prezident GZTC prezidenti tərəfindən təyin olunur və vəzifəsindən prezidentin sərəncamı ilə azad olunur. 6. GZTC prezidentinin köməkçiləri (cumhurbaşqanı yardımçıları) Prezident Adminstrasiyasının (cumhurbaşqanı külliyəsinin) rəhbəri, şöbə müdürləri, strukturu və ştat vahidi, Nazirlər Kabinetinin (Baş bakanlığın) strukturu və ştat vahidi, Baş nazir (Baş bakan), nazirlər (bakanlar) və müavinləri (yardımçıları), komitə sədrləri və müavinləri (yardımçıları), xaricdəki nümayəndəliklərin(səfirliklərin) yaradılmaı və rəhbər şəxslərinin təyinatları, ştat vahidləri və tutduqları vəzifələrdən azad edilmələri, GZTC vətəndaşlığına qəbul və vətəndaşlıqdan azad etmək prezidentin (cumhurbaşqanının) müstəsna səlahiyyətidir və onun müvafiq sərəncamları ilə tənzimlənir.. 7. GZTC dövlətinin Ana yasası, bayrağı, gerbi, himni və digər dövlət atributlarının qəbulu prezidentin (cumhurbaşqanının) rəhbərliyi ilə hazırlanır, onun fərman və sərəncamları ilə təsdiq olunaraq qəbul olunur. 8. Mühacirətdə olan GZTC -nin müvəqqəti iqamətgahları Azərbaycan və Türkiyə dövlətləri daxilində, yaxud üçüncü ölkələr daxilində ola bilər. Tarixi torpaqlar üzərində bərqərar olduqdan sonra daimi iqamətgahı GZTC-nin paytaxtında olacaqdır. GZTC-nin Paytaxtı Zəngəzur mahalında yerləşən Qafan şəhəri seçilmişdir. Yurdlarından zorakılıqla qovulmuş azərbaycanlı əhalinin öz tarixi yurdlarına Qayıdışlarına nail olunması üçün, GZTC dövlətinin tarixi torpaqlarımızdakı məlum sərhədləri daxilində hakimiyyətinin bərqərar olması üçün, eyni zamanda Qafan şəhərinin GZTC-nin paytaxtı statusunu alması üçün Azərbaycan və Türkiyə dövlətlərinin vasitəçiliklərilə, GZTC höküməti və Ermənistan hökümətləri arasında danışıqlar aparılacaqdır. 9. Türkiyə, Azərbaycan, digər Türk dövlətləri, İran, Ermənistan, Rusiya, Amerika, Avropa və Şərq ölkələri vətəndaşları olan şəxslər, öz istəkləri ilə müraciət edərək GZTC vətəndaşlığı ala bilərlər. 10. GZTC indiki Ermənistan Respublikası sərhədləri daxilində Ermənistan Respublikası ilə konfederatif əsasda birgə yaşayışı qəbul edir və mümkün sayır. 11. GZTC dövlətində milli, irqi, dini ayrıseçkilik yoxdur və heç zaman olmayacaqdır.Ona görədə bu dövlətdə bütün dindən, irqdən və millətdən olan insanlar, o cümlədən azərbaycanlı, türk, kürd, erməni və s. millətindən olanların birgə yaşayışları təmin olunacaqdır. 12. Bu Bəyannamədə yer almış məsələlər GZTC-nin Ana Yasasında (Konstitusiyasında) təsbit olunacaqdır. GZTC-nin Ana yasası( Konstitusiyası) qəbul olunana qədər dövlət quruculuğu və idarəedilməsi işlərində legitim hüquqi sənəd olan bu Bəyannamənin müvafiq bəndlərinə uyğun davranılacaqdır. 13. Bu Bəyannamə GZTC-nin prezidenti (cumhurbaşqanı) və QAQB sədri Rizvan Talıbov tərəfindən imzalanaraq, yayımlandığı tarixdən hüquqi qüvvəyə minəcəkdir. QAQB Ali Məşvərət Şurası, Göyçə-Zəngəzur Türk Cumhuriyyəti prezidenti və QAQB sədri: Rizvan Talıbov. 03.08.2022-ci il. 1.1. Sərəncamlar imzalandığı tarixdən qüvvəyə minir. 1.2. Dövlətimiz, Millətimiz, El-obamız üçün uğurlu, xeyirli olsun!

Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyi Mətbuat Xidməti.

***


Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyi Ali Məşvərət Şurasının Bəyənnaməsi

Qərbi Azərbaycandakı, indiki Ermənistan Respublikası ərazisindəki tarixi yurdlarında əsrlər boyu kompakt yaşamış, SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-1991- ci illərdə Ermənistan hakimiyyəti tərəfindən zorakılıqla deportasiyaya məruz qoyulmuş, qeyri-rəsmi hesablamalara görə bu günkü sayları milyonları keçmiş azərbaycanlı əhalinin pozulmuş hüquqlarının bərpa olunmasına və indiki Ermənistandakı tarixi yurdlarına geri Qayıdışlarına nail olmaq üçün mücadilə verən təşkilatın 200 (iki yüz) nəfərə yaxın üzvləri olan Ali Məşvərət Şurası olaraq bəyan edirik: 1918- ci ildə qurulmuş dünya dövlətləri tərəfindən müstəqil dövlət olaraq 114 min kv.km. ərazisi ilə tanınmış Azərbaycan Xalq Cumhuriyyətinin sərhədləri daxilində olmuş, 1920- ildə AXC dövləti sovet Rusiyası tərəfindən süquta uğradılaraq işğal edildikdən sonra yerli əhalisinin 80-85%-inin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, onların münasibəti nəzərə alınmadan, Beynəlxalq hüquqa zidd olaraq 1920-1930-cu illər ərzində Ermənistan Sovet Respublikasına verilmiş Göyçə, Qaraqoyunlu, Dərələyəz, Zəngi, Vedibasar, Zəngəzur və digər mahallarımızın sərhədləri daxilində Göyçə-Zəngəzur Respublikasının yaradıldığını 10 mart 2021- ci il tarixli Bəyannaməmizlə elan etmişik. Bu Bəyannaməmizin bəndlərinə uyğun olaraq dövlət quruculuğu istiqamətində bir çox vacib işlər görülmüşdür. Bu günkü reallıqlara uyğun olaraq Göyçə-Zəngəzur Respublikası dövlətinin yaradılmasında yeganə legitim hüquqi sənəd olan QAQB Ali Məşvərət Şurası tərəfindən 10 mart 2021- ci ildə qəbul olunmuş Bəyannamənin bəzi bəndlərində düzəliş və əlavələr edilməsinə çox böyük zərurət yaranmışdır. Ona görə də həmin Bəyannamənin bəndlərinə aşağıdakı düzəlişlərin və əlavələrin edilməsi qərara alınmışdır. 1. Göyçə-Zəngəzur Respublikası dövlətinin adı dəyişdirilərək Göyçə-Zəngəzur Türk Cumhuriyyəti (GZTC) adlandırılsın. 2. Göyçə-Zəngəzur Türk Cumhuriyyəti prezident (cumhurbaşqanlığı) üsul-idarəli, dünyəvi, demokratik, multikultural dəyərlərə sahib hüquqi dövlətdir. 3. Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin dövlət sərhədləri prezident (cumhurbaşqanı) Rizvan Talıbovun 20 avqust 2021-ci il tarixində imzaladığı 01 saylı GÖYÇƏ – ZƏNGƏZUR RESPUBLİKASI və QƏRBİ AZƏRBAYCANA (Ermənistana) QAYIDIŞ BİRLİYİ sərəncamına uyğun olaraq Göyçə, Qaraqoyunlu, Dərələyəz, Zəngi, Vedibasar, Zəngəzur mahallarının sərhədlərini əhatə edir. 4. Göyçə-Zəngəzur Türk Cumhuriyyəti Milli Məclisinin (parlamentinin) say tərkibi azaldılaraq 75 (yetmiş beş) nəfər deputatdan 45 (qırx beş) nəfər deputat sayına endirilir. GZTC Milli Məclisinin (parlamentinin) deputatları bu Bəyannamənin hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmaqla 5 (beş) ildən bir keçiriləcək praporsional seçki sistemi ilə baş tutacaq azad, demokratik seçkilər yolu ilə müəyyənləşəcəkdir. 5. QAQB Ali Məşvərət Şurası üzvlərinin əksəriyyətinin lehinə səs verməsi ilə Talıbov Rizvan Rəşid oğlu Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin prezidenti (cumhurbaşqanı) seçilmiş və bu vəzifəyə təsdiq edilmişdir. Növbəti GZTC-nin prezidenti (cunhurbaşqanı) 6 (altı) ildən bir keçirləcək azad, demokratik seçkilər yolu ilə müəyyənləşdiriləcəkdir. 6. GZTC-nin prezidenti (cumhurbaşqanı) hər hansı bir səbəbdən vəzifəsini icra edə bilməsə, növbəti prezident seçilənə qədər onun vəzifə səlahiyyətləri vitse-prezidentə (eşcumhurbaşqanına) keçir. Oda icra edə bilməsə Baş nazirə keçir, oda icra edə bilməsə Milli Məclisin sədrinə (spikerinə) oda icra edə bilməsə nazirlərdən (bakanlardan) birinə keçir. Vitse-prezident GZTC prezidenti tərəfindən təyin olunur və vəzifəsindən prezidentin sərəncamı ilə azad olunur. 6. GZTC prezidentinin köməkçiləri (cumhurbaşqanı yardımçıları) Prezident Adminstrasiyasının (cumhurbaşqanı külliyəsinin) rəhbəri, şöbə müdürləri, strukturu və ştat vahidi, Nazirlər Kabinetinin (Baş bakanlığın) strukturu və ştat vahidi, Baş nazir (Baş bakan), nazirlər (bakanlar) və müavinləri (yardımçıları), komitə sədrləri və müavinləri (yardımçıları), xaricdəki nümayəndəliklərin(səfirliklərin) yaradılmaı və rəhbər şəxslərinin təyinatları, ştat vahidləri və tutduqları vəzifələrdən azad edilmələri, GZTC vətəndaşlığına qəbul və vətəndaşlıqdan azad etmək prezidentin (cumhurbaşqanının) müstəsna səlahiyyətidir və onun müvafiq sərəncamları ilə tənzimlənir.. 7. GZTC dövlətinin Ana yasası, bayrağı, gerbi, himni və digər dövlət atributlarının qəbulu prezidentin (cumhurbaşqanının) rəhbərliyi ilə hazırlanır, onun fərman və sərəncamları ilə təsdiq olunaraq qəbul olunur. 8. Mühacirətdə olan GZTC -nin müvəqqəti iqamətgahları Azərbaycan və Türkiyə dövlətləri daxilində, yaxud üçüncü ölkələr daxilində ola bilər. Tarixi torpaqlar üzərində bərqərar olduqdan sonra daimi iqamətgahı GZTC-nin paytaxtında olacaqdır. GZTC-nin Paytaxtı Zəngəzur mahalında yerləşən Qafan şəhəri seçilmişdir. Yurdlarından zorakılıqla qovulmuş azərbaycanlı əhalinin öz tarixi yurdlarına Qayıdışlarına nail olunması üçün, GZTC dövlətinin tarixi torpaqlarımızdakı məlum sərhədləri daxilində hakimiyyətinin bərqərar olması üçün, eyni zamanda Qafan şəhərinin GZTC-nin paytaxtı statusunu alması üçün Azərbaycan və Türkiyə dövlətlərinin vasitəçiliklərilə, GZTC höküməti və Ermənistan hökümətləri arasında danışıqlar aparılacaqdır. 9. Türkiyə, Azərbaycan, digər Türk dövlətləri, İran, Ermənistan, Rusiya, Amerika, Avropa və Şərq ölkələri vətəndaşları olan şəxslər, öz istəkləri ilə müraciət edərək GZTC vətəndaşlığı ala bilərlər. 10. GZTC indiki Ermənistan Respublikası sərhədləri daxilində Ermənistan Respublikası ilə konfederatif əsasda birgə yaşayışı qəbul edir və mümkün sayır. 11. GZTC dövlətində milli, irqi, dini ayrıseçkilik yoxdur və heç zaman olmayacaqdır.Ona görədə bu dövlətdə bütün dindən, irqdən və millətdən olan insanlar, o cümlədən azərbaycanlı, türk, kürd, erməni və s. millətindən olanların birgə yaşayışları təmin olunacaqdır. 12. Bu Bəyannamədə yer almış məsələlər GZTC-nin Ana Yasasında (Konstitusiyasında) təsbit olunacaqdır. GZTC-nin Ana yasası (Konstitusiyası) qəbul olunana qədər dövlət quruculuğu və idarəedilməsi işlərində legitim hüquqi sənəd olan bu Bəyannamənin müvafiq bəndlərinə uyğun davranılacaqdır. 13. Bu Bəyannamə GZTC-nin prezidenti (cümhurbaşqanı) və QAQB sədri Rizvan Talıbov tərəfindən imzalanaraq, yayımlandığı tarixdən hüquqi qüvvəyə minəcəkdir.

Rizvan Talıbov, 
QAQB Ali Məşvərət Şurası,
Göyçə-Zəngəzur Türk Cümhuriyyəti prezidenti və QAQB sədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar