Xəbər lenti
"Sinəmdə Azərbaycanın hədiyyəsi idi" - Mariya Zaxarova
"Dünənki brifinqdə pencəyimin yaxasında olan bayraq barədə mənə çox sual verirlər. Bəziləri hətta hesab edirlər ki, bu, naxışlı tikmədir".Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tedegram kanalında belə yazıb.
İyulun 21-də Rusiya XİN-dəki brifinq zamanı M.Zaxarovanın pencəyinin yaxasında Rusiya bayrağı vardı.
"Sinəmdə Azərbaycanın hədiyyəsi idi. Daha doğrusu, Azərbaycanda yaşayan rusiyalıların xahişi ilə azərbaycanlı xanım ustanın hazırladığı bu broşu Bakıdakı Müqəddəs Məryəm Ananın Miladı kilsəsi hədiyyə edib. Kilsənin keşişi Antonni ata bu yaxınlarda mənə həmin broşu Bakıda kilsədə ibadət edən dindarların adından verdi.
Üçrəngi muncuqlarla tam bir dünya bəzədilib. Onda həmvətənlərimizin, soydaşlarımızın istisi, onların Rusiyaya sevgisi, şəfqəti və səmimiyyəti var.
Ürəyimin üzərində gəzdirəcəyəm", - M.Zaxarova yazıb. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























