Manevr.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanları ilə təsdiq edilən müvafiq nizamnamələrdə əksini tapıb.
Fərmana əsasən, Xidmətlərin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;
- müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;
- müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;
- müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.