Xəbər lenti
"Şuşaya barmaq silkələdiklərinizin, üzərlərinə hücum çəkdiklərinizin puluyla getmişdiniz..."
AYB-nin siyahisi ilə Şuşaya gedənlər paylaşımları ilə, Şuşa haqda yazıları ilə belə ovqat yaratdılar ki, əslində onlar Şuşaya yeyib içməyə, Anarı yemək süfrəsinin başında oturtmağa, deyib-gülməyə, fotolar çəkdirib paylaşmağa gediblər. Bunu irad tutanlara isə nələr demədilər? Hətta iş o yerə çatdı ki, AYB rəsmisi özlərini at, onlara irad bildirənləri isə eşşək adlandırmaqdan belə çəkinmədi.
Nədə haqsızdılar? Səni bunca qəzəbləndirəcək nə deyirdilər? Deyirdilər, o torpaqlar igidlərimizin qanıyla suvarılıb, onların canı, həyatı bahasına azad edilib. Niyə onları yad eləmədiniz? Heç olmaya tədbirin açılışında xatirələrini anıb sayğı duruşunda durmadınız? Sənə deyirdilər bu torpaqda şəhidlərimizin ruhları dolaşır, hələ yüzlərlə ocağa, yurda düşən od sönməyib, hələ yaralarımız sağalmayıb. Olmazdımı Şuşa uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin fotolarını sinənizdən asasınız? Onların həlak olduğu yerlərə çiçəklər düzəsiniz? Olardı, elədinizmi? Eləməliydiniz, borcunuz idi. Azından ona görə ki, ora barmaq silkələdiklərinizin, üzərlərinə hücum çəkdiklərinizin puluyla getmişdiniz. Öz cibinizin puluyla yox.
Yeyib-içsəniz də, şənlənsəniz də, lap çox şənlənsəniz də, bunu nümayişkarənə surətdə car eləməyin adı nəydi? Şənliklərinə, məclislərinə haqq qazandıranlar nə qədər haqlıdılarsa, Şuşada rəqs eləyən, yeyib içən ermənilər də o qədər haqlıydılar. Ora ədəbiyyata dəxli olmayanların, nəyə görə aparıldıqları isə hər kəsə bəlli olanların aparılması isə təkcə şəhidlərimizi təhqir eləmək deyildi, Azərbaycan yazıçısını da aşağılamaq, təhqir eləmək idi.
Doğrudur, bu siyahiləri Anar yazmayıb. Ola bilər beş-on adamını yazdırıb və onu nəyə görəsə tənqid eləyənlərin, ya da nəyə görəsə indiyə kimi tərif eləməyənlərin bu siyahilərdə izinin-tozunun da olmaması göstərişini verib. Amma ümumilikdə siyahilər ətrafının işidir.
Anarın ədəbiyyatımıza vurduğu ziyan ölçüyə gəlməz. Son missiyası da yazıçılar, şairlər arasında beləcə nifaq salmaq, kin, ədavət toxumları səpmək oldu. Amma bir həqiqət də var, elə adamları ətrafına toplayıb ki, onlar Anara daima rəhmət oxudacaqlar.
Aslan Quliyev
AYB üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar