Xəbər lenti
"Biz hamımız sevincliyik" - Rövşən Rzayev

Manevr.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
"Biz hamımız sevincliyik. Ağalıya ilk köçən insanlara təşəkkür edirəm. Zəngilanda müasir bir kənd salınıb. Azərbaycanda ilk dəfə ağıllı kənd konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. İşğaldan azad olunan ərazilərin hər yerində irimiqyaslı işlər davam etdirilir" - komitə sədri bildirib.
O qeyd edib ki, məcburi köçkünlərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub:
"Bu gün qəbullar zamanı eşidəndə ki, dövlət onlara kifayət qədər dəstək olub, insan sevinir ki, bu cür Vətəni, vətəndaşları, lideri var. Gələcəkdə bərpa olunacaq şəhər və kəndlərdə boz firəvan şəkildə yaşayacağıq. Bu gün 10 ailə Ağalıya köçəcək, onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə yenidən bərpa edəcəklər. Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq". Akqabay
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar