Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vilyam Hacıyev hakimdən möhlət istədi

Tarix: 18-07-2022 14:17     Baxış: 4258 A- / A+
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Vilyam Hacıyevin vəkili Yusif İsmayılov zalda iştirak edən şəxslərdən birinə etiraz edib.
Vəkil bildirib ki, həmin şəxs Nəsrulla Nəsirov zalda çəkilişlər edib, onların işlərinə mane olur: "Bu şəxs mülki qaydada axtarışdadır. Onun zaldan kənarlaşdırılmasını istəyirik".
Hakim deyib ki, qaydanı pozsa, tədbir görüləcək.
Daha sonra Yusif İsmayılov müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, ittiham tərəfi ağır cəza istəyib və bu cəza başadüşülən deyil. Onun sözlərinə görə, Azərbaycan dövləti üçün xidmətləri olub və buna görə də təltif olunub.
Vəkil qeyd edib ki, Vilyam Hacıyevin beynəlxalq məsələlər üzrə də xidmətləri olub: "Bunun üçün etimad göstərilib. Vilyam Hacıyev də bu etimadı doğruldub. Bütün bu hallara qiymət verilməlidir. Bir səhvə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəzanın təyin olunması da islah olunmaq deməkdir. Prokuror çıxışında Cinayət Məcəlləsinin 52 və 70-ci maddələrinin tələblərini nəzərə almayıb".Vəkilin sözlərinə görə, Vilyam Hacıyevin səhhətində problemlər var: "Məhkəmə prosesi bir neçə dəfə Vilyam Hacıyevin səhhəti ilə bağlı dayandırılıb. Bununla bağlı məhkəməyə rəsmi cavab da verilib".
O, çıxışının sonunda Vilyam Hacıyevin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Vilyam Hacıyevin digər vəkili Elmar Kərimov da çıxış edərək Vilyam Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bundan sonra Vilyam Hacıyev son sözünə hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istəyib.
Növbəti proses iyulun 25-də davam edəcək.
Qeyd edək ki, prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təsirli bilinərək 13 il azadlıqdan məhrum olunmasını istəyib.
Prokuror həmçinin sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Daha sonra o, həbs edilib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.(teleqraf.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar