Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda ara qarışdı: Harutyunyan mitinq təyin etdi

Tarix: 17-07-2022 22:02     Baxış: 4280 A- / A+
Qarabağdakı qondarma rejim cari ilin dekabrında "konstitusiyaya dəyişikliklər"lə bağlı "referendum" keçirməyi planlaşdırır.

Əsas dəyişikliklərdən biri qondarma rejimin "prezidenti"nin seçilməsi proseduru ilə bağlıdır.

Qeyd edək ki, qondrma rejimin "prezident seçkiləri"nin keçirilməsi gələn il üçün nəzərdə tutulur.

Hazırda Qarabağda daxili siyasi aktivlik artmaqdadır. Bunun getdikcə sərt intriqalara çevriləcəyi gözlənilir. Yeni "prezident"in kimliyi ilə bağlı hələ yekdil fikir olmadığından siyasi gərginliklər və qarşıdurmalar qaçılmaz olacaq. Gərginliyin gələn ilin əvvəllərində pik həddə çatması proqnozlaşdırılır.

Erməni ekspertlərin fikrincə, "referendum"dan sonra Arayik Harutyunyan nəinki "prezident" postunu tərk edəcək, həm də siyasətdən getməyə məcbur olacaq.

Belə bir vəziyyətdə Harutyunyan müraciətlə çıxış edərək, bu günə mitinq təyin edib: "Bu günlərdə Artsaxda (Qarabağ) formalaşmış daxili siyasi gərginliyi və son aylarda yığılıb qalmış məsələləri nəzərə alaraq, bu gün Stepanakertin (Xankəndi) Dirçəliş meydanında çıxış edəcəm. Hamını bugünki mitinqdə iştirak etməyə dəvət edirəm.

Çıxışıma saat 18:00-da başlayacam. Müharibədən mövcud təhlükəsizlik və sosial-iqtisadi vəziyyətə, Ermənistan hakimiyyəti ilə münasibətlərdən daxili siyasi proseslərə qədər bütün əsas problemlər və həll yolları haqqında açıq və dürüst danışacağam. Təəssüf edirəm ki, bu ağır vəziyyətdə, sağlam düşüncəsi olmayanlar Artsaxın gələcəyi üçün vəziyyətin ciddiliyini dərk etmədən vəziyyəti dah ada ağırlaşdırmaq yolunu tutublar. Bəzilərinin mənə münasibətindən asılı olmayaraq, bu çətin vəziyyətdə Artsaxın bütün vətəndaşları üçün məsuliyyəti hələ də mən daşıyıram" qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar