Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Komando hazırlığı”nı bitirənlərə sertifikat və beret verildi

Tarix: 16-07-2022 14:14     Baxış: 4496 A- / A+




Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, "Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq təşkil olunan "Komando hazırlığı" kurslarının bölmələrin döyüş qabiliyyətinin artırılmasında, hərbiçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində müsbət təsirindən danışılıb.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulanaraq sertifikat və beretlər təqdim olunub.
Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar