Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəmsə...

Tarix: 15-07-2022 13:56     Baxış: 2508 A- / A+
Hər yerə eyni adamlar gedir. Sədrəzəm Anar müəllim siyahını tutanda görmədimi ki, bu adamların böyük əksəriyyəti ötən il gediblər Şuşaya.
                               Qılman İman
                                 AYB-üzvü


Bu Vətən hamınındır. Hamının da haqqı var Şuşaya, digər azad olunmuş rayonlara getməyə. Şuşaya getmək üçün lazım gəlsə dava da etməliyik!
Çünki Şuşa bizim qürurumuzun, sevincimizin Allah yaxın yerində yerləşir. Şuşaya getmək hamı üçün maraqlı olmalıdır.Hamı istəməlidir. Şuşaya getmək mənim üçün ən müqəddəs arzulardan biridir. Mən 13 ildi AYB-nin üzvüyəm. Az-çox cəmiyyət arasında tanınan, özünə görə oxucusu olan bir qələm adamıyam. Mən AYB-nin üzvüyəmsə, Vaqif Poeziya Günləri keçirilirsə,  niyə getməməliyəm Şuşaya? Şuşaya Vaqif günlərinə təkrar gedənlərin hansı məndən artıqdı? Mən də bu ölkənin vətəndaşı olaraq, dövlətin yaratdığı imtiyazlardan bəhrələnmək istəyirəm. AYB-nin siyahısı sanki heç vaxt yenilənmir. Hər yerə eyni adamlar gedir. Sədrəzəm Anar müəllim siyahını tutanda görmədimi ki, bu adamların böyük əksəriyyəti ötən il gediblər Şuşaya. İndi orada onların ikinci dəfə iştirak etməyinə nə ehtiyac varıydı? Yoxsa başqalarının fərqlənən xüsusi bir statusa sahibdir həmin adamlar, bizim xəbərimiz yoxdur. Ötən il Vaqif Poeziya Günləri keçiriləndə umub-küsənlərə özüm etiraz edirdim ki, əsas odur Şuşa bizdədir, növbəti illərdə gedərik. İndi belə görünür AYB hər il eyni adamları göndərəcək Şuşaya. Ümumiyyətcə AYB də keçirilən qurultaylara, dövlət əhəmiyyətli tədbirlərə niyə dəvət olunmayım? Harasa dəvət almaq üçün  AYB-nin hansısa məsul şəxslərinin yaxın dostu, qohumu, yerlisi olmaqmı lazımdır? Bu ölkədə məmur özbaşınalığı, aliqarx müştəbehliyi görəndə qınayırıq ki, cahildirlər, savadsızdırlar, kitab oxumurlar... Kitab oxumayanlar bir yana, kitabı yazanlar digər yazarların haqqını tapdayanda nə deyək, Anar müəllim?...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar