Xəbər lenti
Həbs edilən general kimdir? – Dosye

Manevr.az xəbər verir ki, Məsum Eynalı oğlu Rəsulov 1974-cü ilin iyun ayının 21-də anadan olub.
Rəsmi tərcümeyi-halına görə, o, orta məktəbi bir il tez – 1990-cı ildə bitirib. Ancaq ali məktəbə qəbul ola bilməyib. 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1996-cı ildə ordu sıralarından təxris olunub.
M.Rəsulov yalnız 23 yaşında - 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil ola bilib və 2002-ci ildə həmin fakültəni hüquqşünas ixtisası üzrə bitirib.
26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.
2006-cı ildə gömrük orqanlarında fəaliyyətə başlayıb, həm də rəis kimi. Belə ki, 9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi təyin edilib.
29 may 2018-ci ildə Əməliyyat-istintaq Baş İdarəsinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ailəlidir. Dörd övladı var.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar