Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan Rusiyadan tam imtina edir: Bakı liderdir!

Tarix: 13-07-2022 13:13     Baxış: 4244 A- / A+

Qazaxıstan ixrac potensialını artırmaq üçün 10 gəmidən ibarət özünün bərə donanmasını, həmçinin Xəzər dənizində yeni liman qurmağı planlaşdırır.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi yanında Nəqliyyat Komitəsinin sədri vəzifəsinin müvəqqəti icraçısı Qasım Tlepov deyib.

Onun sözlərinə görə, mövcud iqtisadi şəraitdə ölkə təcili olaraq tranzit imkanlarını artırmalı, həmçinin ticarət infrastrukturunu yaxşılaşdırmalıdır.
O qeyd edib ki, Nur-Sultanın cəmi dörd quru yük gəmisi var və Azərbaycan regionda yükdaşıma sahəsində liderdir:
“Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz nəqliyyatı imkanlarından tam istifadə etməyib. İndi başqa zamandır”, - Tlepov izah edib.
O, həmçinin əlavə edib ki, Aktauda yeni yük terminalı tikiləcək. Tikintidə beynəlxalq şirkətlər, xüsusilə konteyner operatorları “Maersk”, MSC və “COSCO Shipping” iştirak edəcək.
“Bu gün biz konteyner qıtlığını yaşayırıq”, - deyə Tlepov bildirib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev artıq neft və qazın Rusiyadan yan keçməklə, Azərbaycandan keçməklə dünya bazarına çıxarılması barədə tapşırıq verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar