Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən qalmaqallı sözlər: “Əsgərlikdə olmayıb, 14 ildir icra başçısıdır”

Tarix: 13-07-2022 12:35     Baxış: 5285 A- / A+

“Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir”.
Bunu hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.

O bildirib ki, sözügedən icra başçısı əsgərlikdə də olmayıb:
“Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ müharibəsində demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.
Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək.
Tək bir nümunə gətirim. Müharibə iştirakçısı general-polkovnik Əli Nağıyevin DTX-yə rəis təyin edilməsinə bu ölkədə kimsə etiraz etdimi? Xeyr. Nəticəsi də göz qabağındadır”.
Xatırladaq ki, Vətən müharibəsi qazısı Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl yaydığı videoda icra başçından şikayətlənmiş, onu qəbul etmədiyini bildirmişdi. Elvinin yas mərasiminə qatılan başçı isə bütün iddiaların yalan olduğunu demişdi.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar