Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şəmsəddin Hacıyevlə Asim Mollazadənin sözləri çəp gəldi

Tarix: 06-04-2017 14:16     Baxış: 3367 A- / A+
Şəmsəddin Hacıyevlə Asim Mollazadənin


Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı sabiq komitə sədri, deputat Şəmsəddin Hacıyevin təklifi həmkarları tərəfindən etirazla qarşılanıb.

Manevr.az xəbər verir ki, Ş.Hacıyev Azərbaycanda təhsil müəssisələrinin tikilməsi üçün xarici sərmayədarlara şərait yaradılmasını və təsisçilər arasında əcnəbi vətəndaşların da olmasını təklif edib: “Bu, təhsilin inkişafı üçün çox önəmlidir, bütün yük dövlətin üzərində olmamalıdır”.

Sabiq komitə sədrinin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını söyləyib.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir”.

Komitə sədri İsa Həbibbəyli isə deyib ki, təhsil müəssisələri ilə bağlı xarici təsisçilərin olması arzuolunan deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar