Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Etibar Məmmədov bunu ilk dəfə etiraf etdi: “Bu şirkətlər qohumlarımındır…”

Tarix: 06-07-2022 13:29     Baxış: 3261 A- / A+
Etibar Məmmədov bunu ilk dəfə etiraf etdi: “Bu şirkətlər qohumlarımındır…”
“Bizneslə məşğul olmaq cinayət deyil. 2004-cü ildə partiya sədrliyindən istefa verdikdən sonra mən tam sərbəst adam idim. Bizneslə də məşğul ola bilərəm. Heç bir tərəfdən mənə qadağa yoxdur”.
 
Manevr.az xəbər verir ki, bu sözləri AMİP-in fəxri lideri Etibar Məmmədov “Çətin sual” proqramına müsahibəsində biznes fəaliyyəti ilə bağlı yayılmış məlumatlara münasibət bildirirəkən deyib.
 
Onun sözlərinə görə, deputatlıq səlahiyyəti bitdikdən və AMİP sədrliyindən istefa verdikdən sonrakı dönəmdə birbaşa hər hansı biznes fəaliyyəti olmayıb: “O dövrdə heç bir biznes fəaliyyətim olmayıb. Sadəcə bizneslə məşğul olan ailə üzvlərimə məsləhət, stiqamət vermişəm. Birbaşa biznes fəaliyyətim olmayıb. Böyük ailəm, qohumlarım var. Onlar bizneslə məşğul olublar. Lazım olanda onlara kömək etmişəm”.

“Bina tikintisi və satışı ilə məşğul olduğunuz, şirkətinizin olduğu deyilir. Buna aydınlıq gətirə bilərsiniz?” sualının cavabında E.Məmmədov deyib: “Bu şirkətlər mənim qohumlarımındır. Təbii ki, onlara da kömək eləmişəm. Üstünlük ondadır ki, mənim qohumlarıma aid olan şirkətlərdən rüşvət almayıblar”.
 
Etibar Məmmədov bir müddət işsiz qaldığını da açıqlayıb: “Mən BDU –da müəllim işləyərkən deputat seçilmişəm. Qanuna görə, deputatlığım saəlhiyyəti bitdikdən sonra öz iş yerimə qayıtmalı idim. 2000-ci ildən sonra mənə BDU-da iş yerimə qayıtmağıma imkan verməyiblər. Faktik olaraq mən məcburi işsiz vəziyyətində qalmışam. Peşəm olan müəllimliyi və alimliyi davam etdirmək imkanım olmayıb. Mənə indi bu yöndə böhtan atanların əksrəyyəti isə öz işlərində qalıblar”. / azpost.info

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar